Qanunsuz evlər necə sökülməlidir? – ARAŞDIRMA
Azərbaycan Konstitusiyası qanunsuz tikililərin bir hissəsini qanuniləşdirməyə imkan verir
Son vaxtlar Bakıda mənzil söküntüsünün genişlənməsi və bu tədbirlərin daha səs-küylü şəkildə həyata keçirilməsi diqqəti cəlb edir. Fevralın əvvəlində ölkənin enerji təsərrüfatında yaranandan bəri elektrik xətlərinin altında, xüsusi mühafizə zolaqlarında mənzil söküntüsü gündəmi, belə demək caizsə, girinc eləyib. Doğrudur, bundan əvvəl də Bakının müxtəlif ərazilərində qanunsuz tikililərə qarşı belə tədbirlər görülüb. Amma bu dəfə hökumət qurumlarının analoji addımları və onun nəticələri əvvəlkilərdən xeyli fərqləndi.
Xırdalandakı yarımstansiyada baş verən qəzadan sonra məlum oldu ki, həmin ərazidə yüksək gərginlikli elektrik xətlərinin altında fərdi yaşayış evləri tikənlərin 30 faizə qədəri elə “Azərenerji”nin öz işçiləridir. İndi həmin ərazidəki evlərin bir qismi buldozerlərin köməyi ilə uçurulur. Hazırda paytaxtın müxtəlif ərazilərində, o cümlədən Rəsulzadə qəsəbəsindəki 3126-cı məhəllədə, Sabunçu qəsəbəsində neft buruqlarının arasındakı qanunsuz evlərdə yaşayanlar da belə bir təhlükə ilə üz-üzədirlər.
“Balaxanıneft”in ərazisində qanunsuz ev tikmiş Hafiz Salmanov səksəkədə olan milyonlardan biridir: “2006-cı ilin fevralında Sabunçuda hər sotuna 4500 manat pul verib 4 sot həyətyanı torpaq sahəsi almışam. Elə həmin vaxtdan da ev tikməyə başladım. Gəlib-gedənlərin hamısını razı salmışdım deyə, qısa müddətdə evimi tikib qurtardım. İki il ərzində rahat yaşadıq, bir nəfər də olsun, gəlib demədi ki, bu evi niyə burada tikmisən?! Amma ötən ilin əvvəlindən indiyədək evimizi düz 8 dəfə uçurublar. Amma onlar uçurduqca pul verib təzədən tikdirmişəm”.
Hafiz Salmanov bu tikmə-uçurma oyunundan 3 min dollardan çox ziyana düşüb. Dediyinə görə, evi dəfə söküləndən sonra əzab-əziyyətlə qazandığı pulu rüşvət halında məmurlara yedizdirmək vərdişindən əl çəkib. Çünki pul verib uçurulmuş mənzilini yenidən tikəndən sonra növbəti dəfə belə halla qarşılaşmayacağına ümidini itirib.
İndi Bakıətrafı kənd və qəsəbələrdə, hətta paytaxtın mərkəzində yüz minlərlə qanunsuz tikililər var. Yəni bu yaşayış sahələri rəsmi icazə olmadan tikildiyindən onlara mülkiyyət hüququ da verilməyib. Bu səbəbdən, hökumət belə tikililəri sökmək niyyətindədir. Hətta qanunsuz evlərin qeydiyyatının aparılması və onların sayının dəqiqləşdirilməsi üçün dövlət başçısı tərəfindən sərəncam da verilmişdi. Mərhum prezident Heydər Əliyevin 2001-ci ilin aprelində imzaladığı həmin sərəncamdan qanunsuz evlərin qeydiyyatı aparıldıqdan sonra onların mərhələ-mərhələ söküləcəyi nəzərdə tutulurdu. Ancaq ötən 9 il ərzində yalnız bir neçə dövlət qurumu tabeliyində olan ərazilərdəki qanunsuz tikililərin siyahısını hazırlaya bilib. Elə bu səbəbdən də “qanunsuz” adlandırılan yüz minlərlə tikilinin nə birdəfəlik sökülməsi, nə də qanuniləşdirilməsi mümkün olmayıb.
Qanunu birgə pozanların qarşılıqlı güzəşti
Bakının Baş Planının müəlliflərindən biri, tanınmış memar Feyzulla Quliyev bu məsələdə nə hökumətin, nə də qanunsuz ev tikənlərin haqlı olmadığı qənaətindədir. Onun fikrincə, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, dövlət hər bir vətəndaşı yaşayış sahəsi ilə təmin etməyə və onun mənzil hüququnu tanımağa borcludur: “Amma indi vəziyyət elədir ki, dövlət hər kəsi mənzillə təmin edə bilmir. Vətəndaşlar isə məcburiyyət qarşısında qalaraq özlərinin mənzil problemini bildikləri, bacardıqları kimi həll edir”.
Müsahibimiz bu situasiyanı həm də “bir növ qarşılıqlı güzəşt” kimi dəyərləndirir. Onun fikrincə, dövlət qanunla və konstitusiya ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilmədiyindən vətəndaşların qanunsuz hərəkətlərinə göz yumur.
Bununla belə, Feyzulla Quliyev hesab edir ki, rəsmi razılıq almadan yaşayış sahəsi tikmək daha çox vətəndaşın ziyanınadır. Onun sözlərinə görə, dövlət qanunsuz tikililəri, o cümlədən mənzilləri sökmək üçün istənilən vaxt qərar çıxara bilər: “Vəziyyət bu cür davam edə bilməz, tez-gec qanunsuz tikililərin hamısı söküləcək. Ona görə də vətəndaşlar yaşayış sahəsi tikmək istəyərkən bütün hüquqi qaydalara əməl etməlidir”.
Qanunsuz tikili ilə necə davranmalı?
Feyzulla Quliyev deyir ki, hər şey mənzilin tikildiyi torpaq sahəsinin mülkiyyət sənədinin olub-olmamasından asılıdır. Onun sözlərinə görə, mənzil tikməyə başlayan şəxs ilk növbədə torpağın hüquqi mülkiyyətinə ciddi fikir verməlidir: “Torpaq vətəndaşın özünündürsə və şəhadətnaməsi, dövlət qeydiyyatından çıxarış sənədi varsa, onun üzərində istənilən tikintini aparmaq olar. Heç fərdi yaşayış evi üçün icra hakimiyyətindən sərəncam almamaq da olar. Belə şeyləri tikinti başa çatdıqdan sonra etmək mümkündür. Memar gəlib evə baxandan sonra tikintiyə uyğun planı çəkib təsdiqləməklə onu istismara qəbul etmək olar. Amma hər bir halda, bunların hamısı olmalıdır, əks təqdirdə belə mənzilləri qeydiyyata almaq mümkünsüzdür və onlar mütləq sökülməlidir”.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar Tofiqli deyir ki, qanunsuz tikililəri sökməzdən əvvəl həmin obyektlərin təhlili aparılmalıdır, ekspertizadan keçirilməlidir. Onun sözlərinə görə, bu, həmin mənzillərin və ya torpaq sahələrinin hansılarınınsa sənədləşdirilməsinin mümkün olub-olmadığın müəyyənləşdirmək üçün çox vacibdir: “Tutaq ki, hansısa bir ərazi strateji əhəmiyyətli torpaqda və yaxud da neft mədənləri arasında yerləşir. Belə ərazilərdə yerləşən mənzil, obyekt hökmən sökülməlidir. Amma elə torpaq sahələri, əmlak var ki, onları sənədləşdirmək mümkündür. Bunlara hansısa mühafizə zolağından kənarda yerləşən, təhlükəsizlik qaydalarına cavab verən və yaşayış standartlarına uyğun tikililərdir".
Torpağın sənədi varsa...
Ekspertlər bütün hallarda məsələlərin qanun çərçivəsində həll olunmasının tərəfdarıdır. Vüqar Tofiqli qanunsuz ev tikmiş vətəndaşın əmlakı sökülərkən, ona kompensasiya verilməsinin də əleyhinədir. Onun sözlərinə görə, ən azından dövlət şəhadətnaməsi olan, sığortalanmış və qanun çərçivəsində vergisi ödənilən torpaqların üzərində tikilmiş evlər sökülərkən onun sahibinə istisna hal kimi kompensasiya ödənilə bilər. Digər hallarda isə heç bir güzəşt mümkün deyil.
“Sadəcə olaraq, müvafiq strukturlar tərəfindən müəyyən köməkliklər edilə bilər. Yoxsa kompensasiya edilmək üçün böyük məbləğin verilməsi qanunda nəzərdə tutulmayıb. Qanunsuz bir şeyə hansı mənada kompensasiya ödənilə bilər? Hansısa bir vətəndaş özbaşına gedib neft buruğunun yanında mənzil tikirsə, sonra da ev müvafiq orqanın qərarı ilə sökülürsə, ona kompensasiya verilməsi məntiqlə də uyğun deyil. Ola bilər ki, vətəndaş iki ildir tikdiyi evdə yaşayır və bu müddət ərzində də kommunal xərcləri ödəyib. Belədə onu qanuniləşdirmək olar. Amma həmin ev kommunikasiya xəttinin üzərindədirsə, buna heç bir hüquqi sənəd verilmir. Çünki istənilən an bu, həmin vətəndaş üçün təhlükə yaradacaq” – deyə, Vüqar Tofiqli bildirir.
Bununla belə, ekspert hesab edir ki, hökumət Konstitusiyanın tələblərindən çıxış edərək, qanunsuz tikililərin böyük əksəriyyətini dövlət qeydiyyatına alınmasını təmin edə bilər. Bunun üçün həm mexanizm, həm də təcrübə var. Vüqar Tofiqli 90-cı illərin əvvəllərində Abşeron rayonunda yüksək gərginlikli elektrik xətlərinin altında kütləvi şəkildə qanunsuz evlər tikildiyini xatırladır. Onun sözlərinə görə, həmin evlərin hamısını sökmək mümkün olmadığından, yerli icra hakimiyyətinin müraciəti əsasında Nazirlər Kabinetinin xüsusi qərarı ilə elektrik xəttin yeri dəyişdirildi. Bundan sonra həmin evlərdə texniki inventarlaşdırma aparıldı və dövlət səviyyəsində onlara mülkiyyət hüququ verildi.
"Bu, qanunsuz tikililərin tam şəkildə qeydiyyata alınması, yaxud da tələblərə cavab verməyən obyektlərin sökülməsi demək deyil. Sadəcə, hökumət mümkün olan ortaq variant tapmaqla problemin qanuni həllinə şərait yaradır. Amma elə problemlər var ki, onun qanuni həlli doğrudan da mümkünsüzdür. Məsələn, neft quyusunun dibində tikilmiş evi necə qanuniləşdirmək olar? Heç cür, çünki neft quyusunu başqa yerə köçürmək mümkün deyil. Təbii ki, bu zaman həmin qanunsuz mənzillərin sökülməkdən başqa yolu qalmır” – Vüqar Tofiqli belə düşünür.
Qanunsuz evlərə amnistiya
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev isə problem həm də beynəlxalq qanunlar çərçivəsində həll edilməlidir. Onun sözlərinə görə, beynəlxalq insan haqlarına dair konvensiyalarının ən ciddi tələblərindən biri vətəndaşların mənzil hüquqlarının qorunması ilə bağlıdır. Bu qanunlara əsasən, dövlət hər bir vətəndaşın mənzil hüququn təmin etməlidir: “Belə fundamental hüquqlar Azərbaycan Konstitusiyasında da təsbit olunub. Çox təəssüf ki, Azərbaycan hökuməti vətəndaşların bir qisminin bu hüququnu tanımır. Azərbaycan hökuməti 2000-ci ildə Avropa Şurasına daxil olarkən Avropa Sosial Xartiyasının insanların mənzil hüququnu nəzərdə tutan 31-ci maddəsini ratifikasiya etməyib. Halbuki, həm beynəlxalq qanunlara, həm də ölkə konstitusiyasına əsasən, dövlətin borcudur ki, vətəndaşların mənzil hüququnu müxtəlif formada təmin etsin”.
Rövşən Ağayev bildirib ki, artıq Bakı şəhəri böyüyür, əlavə yaşayış sahəsinə, torpağa tələbat artır. Bu halda dövlətin siyasəti olmalıdır ki, insanların artan tələbatı vaxtında ödənsin: “Ona görə də dövlət uzun müddətdir istifadəsiz qalan torpaq sahələrini mənzil tikintisi üçün vətəndaşlara verməlidir. Həmçinin neftlə çirkəlnmiş ərazilər təmizlənərək yaşayış sahəsinə çevrilməlidir. Bu, həm insanların mənzil hüququnun dolğun təminatına şərait yaradar, həm də çirklənmiş torpaqlar təmizlənərək ekoloji tarazlığı bərpa edər”.
Bundan başqa, ekspert deyir ki, hökumətin qanunsuz adlandırdığı fərdi yaşayış sahələri strateji obyektlərin mühafizə zolağına düşmürsə, dövlət həmin torpaqları dövriyyəyə cəlb etməli və həmin evlərə amnistiya verməlidir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə tapşırıq verilməlidir ki, müəyyən müddət ərzində mühafizə zolağına düşməyən qanunsuz evlər qeydiyyata alınsın.
“Bu problemin həlli yolu budur. Yoxsa, ucdantutma “qanunsuz tikili” adı ilə vətəndaşlara külli miqdarda ziyan vurmaq olmaz. Yəni problem bir-iki nəfərlə bağlı olsaydı, bunu başa düşmək olardı. Amma minlərlə ailələr var ki, rəsmi icazə almadan özlərinə mənzil şəraiti yaradıblar. Hökumətin isə bu cür kütləvi şəkildə vətəndaşların mənzil hüququnu pozması istər Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə, istərsə də dövlətin öz vətəndaşı qarşısında mənəvi borcuna və hüquqi öhdəliyinə daban-dabana ziddir”.
Söküntü üçün də qərar olmalıdır
İnsan hüquq və azadlıqları sahəsində çalışan mütəxəssislər isə hesab edirlər ki, istənilən halda qanunsuz evlərin söküntüsündə polis və icra hakimiyyəti orqanlarının iştirakçılığı yolverilməzdir. Daha doğrusu, məhkəmə qərarı olmadan polisin belə bir addım artması qanunsuzluqdur. Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, hüquqşünas İntiqam Əliyev bildirir ki, məhkəmə qərarı olsa belə, söküntü işləri birbaşa məhkəmə icraçıları ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin rəhbərliyi altında həyata keçirməlidir. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi qanunsuz tikililərlə rəftarın qaydalarını müəyyən edir və belə hallarda şifahi göstərişlərə yox, həmin qanunlara söykənmək lazımdır.
Hüquqşünas Mülki Məcəllənin 180-ci maddəsinə əsaslanaraq deyir ki, müvafiq icra hakimiyyəti orqanı və ya istənilən təşkilat marağına toxunan məsələləri həll etmək üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə isə mübahisə predmeti olan mülkin qanunsuz olduğunu tanımalı və buna müvafiq qərar verməlidir. Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra icra vərəqəsi qarşı tərəfə təqdim olunmalıdır. Bundan sonra yalnız məhkəmə qərarlarını icra etmək səlahiyyəti olan qurumun əməkdaşları gedib vətəndaşlarla bu barədə danışıqlar apara bilər.
İntiqam Əliyev onu da bildirib ki, əgər mülk tikilibsə və istifadə olunan kommunal xidmətlərə görə dövlətə haqq ödənilibsə, deməli, hökumət orqanları həminin tikintinin qanuniliyini tanıyıb. Onun sözlərinə görə, bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı da var. Bu isə o deməkdir ki, mülkü sökülən vətəndaşlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət etsə, Azərbaycan hökuməti onların mülkiyyət hüququna qanunsuz müdaxiləyə görə cavab verməli olacaq.
Elxan SALAHOV

3633