İlk kimyaçı alimimiz
50 il ömür sürmüş Şixbala Əliyev böyük kəşflərə imza atıb
2010-cu il mart ayının 28-də Azərbaycanın ilk kimyaçı-alimi, professor, kimya elmləri doktoru Şıxbala Əbülfəs oğlu Əliyevin anadan olmasının 100 ili tamam olur. Cəmi 50 il ömür sürmüş Şixbala Əliyev 1910-cu il martın 28-də Bakının Binəqədi kəndində fəhlə ailəsində dünyaya gəlib. Orta məktəbi 1926-cı ildə qurtarıb və həmin ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinə qəbul olunub, 1931-ci ildə universitetinin ümumi kimya kafedrasında laborant kimi çalışmağa başlayıb. 1931-ci ildə Şuşa Pedaqoji Texnikumuna kimya fənni üzrə müəllim kimi göndərilib. 1931-1934-ci illərdə Leninqrad Dövlət Universitetin aspiranturasında oxuyub və 1935-ci ildə akademik V.E.Tişşenkonun rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edib.
Şıxbala Əliyev 1934-1954-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda baş elmi işçi, “Neft-kimyası” şöbəsinin və “Yanacaq kimyası” laboratoriyasının rəhbəri vəzifələrində çalışıb. 1941-1943-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunun direktoru olub. 1942-ci ildə SSRİ Elmlər Akademiyasının Neft İnstitutun Elmi Şurasında akademik A.Y.Favorskinin rəhbərliyi altında “Buxar fazalı krekinqdə toluolun və stirolun əmələ gəlməsinin mexanizmi” mövzusunda böyük müvəffəqiyyətlə və yüksək səviyyədə doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycanın ilk kimya elmləri doktoru adını almış Şıxbala Əliyevə SSRİ Xalq Komissarları Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 1944-cü ildə üzvi kimya ixtisası üzrə ölkəmizin ilk professoru adı verilib.
Şıxbala Əliyev 1950 -1960 illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Neft və Kimya Proseslərinin İnstitutunun laboratoriya müdiri və yeni yaradılmış Azərbaycan Politexnik İnstitutunda “Ümumi kimya” kafedrasının müdiri kimi çoxsahəli elmi-pedaqoji fəaliyyətini davam etdirir. Professor Şıxbala Əliyevin elm-tədqiqat işləri neft məhsullarının termiki krekinqi və pirolizi nəticəsində xalq təsərrüfatı üçün bir sıra qiymətli məhsulların, yanacaq və inqibitor alınması istiqamətinə yönəlib. Onun rəhbərliyi altında aşağı molekullu karbohidrogenlərin alüminium-xlorid iştirakı ilə doymamış karbohidrogenlər ilə alkilləşməsi sahəsində tədqiqatlar aparılıb.
Professor Şıxbala Əliyev neft məhsullarından polistirol lakı, neft quyularının parafinsizləşdirilməsi, yüksək effektli yanacaqların yaradılması sahəsində orijinal elmi işlərin də müəllifidir. Təkcə 1957-ci ilin 27 iyul tarixində və 1960-cı il 02 fevral tarixdə onun 13 elmi kəşfi SSRİ Nazirlər Soveti yanında İxtiralar və Kəşflər işləri üzrə Komitə tərəfindən yüksək qiymətləndirilərək, Şəhadətnamələr verilib.
Şıxbala Əliyevin oğlu, Azad Əliyev Lent.az-a açıqlamasında deyib ki, atasının araşdırmaları SSRİ Elmlər Akademiyasında da maraq doğurub. SSRİ EA Rəyasət Heyətinin Baş Elmi Katibi akademik A .V.Topçiyev 1957-ci ilin dekabrında SSRİ ali Tthsil naziri V.P.Yelyutinə göndərdiyi məktubda yazılıb ki, neft karbohidrogenlərin kimyəvi emalı sahəsində elmi tədqiqatların koordinasiyası üçün Elmi-Texniki Şura tərəfindən çağırılmış neft karbohidrogenlərin xlorlaşdırılması məsələlərinə həsr olunmuş konfransda aydın olub ki, Azərbaycan Politexnik İnstitutundan kimya elmləri doktoru, professor Şıxbala Əliyev tərəfindən neft karbohidrogenlərin fotoxlorlaşdırılması, xlornitrokarbohidrogenlərin sintezi və xüsusi təyinatlı yanacağın sintezi sahəsində elmi-tədqiqat işləri aparılır. A.V. Topçiyev qeyd edib ki, Şıxbala Əliyev tərəfindən indiyədək ədəbiyyata məlum olmayan, sənayedə çox mühüm əhəmiyyət kəsb edən məhsullar almağın orijinal və yeni metodları təklif olunub. O, xahiş edib ki, SSRİ təhsil naziri Azərbaycan Politexnik İnstitutun rektoruna Şıxbala Əliyevin işlərini həyata keçirmək üçün müvafiq şərait yaradılması haqqında göstəriş versin.
A.V.Topçiyevin xahişinə əsasən SSRİ Ali Təhsil Nazirliyi Politexniki və Maşınqayırma Ali məktəbləri Baş İdarəsi 1957-ci ildə dekabrın 27-də Azərbaycan Politexnik İnstitutun rektorunun adına müvafiq məktub ünvanlayıb.
Professor Şıxbala Əbülfəs oğlu apardığı çoxcəhətli tədqiqatların nəticələri 70-dən çox elmi əsərdə, 13 müəllif şəhadətnamələrində və patentlərində, 25-dən çox nəşr olunmamış tədqiqatla öz əksini tapıb. Onun əldə etmiş yüksək elmi nəticələri müxtəlif yerli və ölkəmizdən kənar xarici jurnallar və kitablarda, o cümlədən “CHEMICAL ABSTRACTS” (“THE AMERICAN CHEMICAL SOCIETY”) və Almaniyanın “Chemisches Zentralblatt” jurnallarında dəfələrlə qeyd olunub.
Lakin amansız ölüm onun bütün arzularını gözündə qoyub. Ömrünün kamillik çağında 1960-cı il iyulun 9-da Elmlər Akademiyasının Neft və Kimya Proseslərinin İnstitutunun laboratoriyasında baş verən partlayış nəticəsində faciəli surətdə həyatdan köçüb. Azad Əliyev bildirib ki, qədirbilən Azərbaycan xalqı, elmi ictimaiyyət onu unutmur, daim yad edir: “2000-ci ilin mart ayında Azərbaycanın kimyaçı alimləri, ziyalılarımız mərhum professorun doğum gününün 90 iliyini təntənəli şəkildə qeyd etdilər. Professor Şıxbala Əliyevin elmi və pedaqoji fəaliyyəti haqqında məruzələr və xatirələr dinlənildi. Azərbaycanda Neft-kimyası elminin inkişafının ağır və şərəfli yükünü çiyinlərində daşıyan alimlərin adını biz yaşatmalı, gələcək nəsillərə çatdırmalıyıq və professor Şıxbala Əliyevi yad etməyi özümüzə borc bilməliyik”.

3077