“KİV haqqında qanuna ediləcək dəyişiklik söz və mətbuat azadlığının çevrəsini məhdudlaşdıracaq”
“KİV haqqında qanunun 60-cı maddəsinə belə bir dəyişiklik etmək istəyirlər ki, hər hansı şəxsin razılığı olmadan onun haqqında material toplamaq olmaz. Mən hesab edirəm ki, məsələnin bu şəkildə qoyuluşu Azərbaycanda söz və mətbuat azadlığının çevrəsini daraldır”. Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli KİV haqqında qanuna gözlənilən dəyişikliyə münasibət bildirərkən Lent.az-a belə deyib.
Ekspertin fikrincə, bu dəyişiklik jurnalistlərin araşdırma aparmaq, fakt toplamaq imkanlarını xeyli məhdudlaşdırır: “Məmur, nazir, ictimaiyyətdə tanınan adam haqqında yaxşı, pis, ya da konkret hadisə ilə bağlı material toplayırsansa, bunun üçün ondan icazə, razılıq almağa heç bir ehtiyac yoxdur. Dünyanın heç bir ölkəsində müvafiq məsələlər bu şəkildə qoyulmur. Ona görə də hesab edirəm ki, millət vəkilləri bu məsələnin müzakirəsində diqqətli olmalıdırlar. Bu gün jurnalistlərə material toplamaqda qadağalar qoyuruqsa, belə çıxırıq ki, sabah da millət vəkilləri üçün hər hansı şəxs və hadisə haqqında danışmağa məhdudiyyətlər qoyulmalıdır. Ona görə də Azərbaycan Avropa Şurasının üzvü, söz və mətbuat azadlığına təminat verən bir dövlət kimi buna heç bir halda yol verməməlidir. Bu, söz azadlığının inkişafı üçün məqbul addım deyil”.
Qulu Məhərrəmlinin fikrincə, belə bir dəyişiklik edilsə, jurnalistlər fakt toplamaqla bağlı problemlərlə üzləşəcəklər: “Düzdür, bu fəlakət deyil. Amma əgər bu gün bir maddədə, sabah başqa maddədə jurnalistin fəaliyyəti üçün müəyyən məhdudiyyətlər qoysaq, ona hüquqi cəhətdən müəyyən maneələr yaratsaq, sabah oxucular üçün lazımlı material toplamaq problemləri yaranacaq. İndi həssas dövr yaşayırıq, demokratik dəyərlər hələ tam formalaşmayıb, informasiya qaynaqları ilə ciddi problemlər var. Bəli, jurnalist fəaliyyətindən, söz azadlığından sui-istifadə edilməməlidir. Amma eyni zamanda da söz və mətbuat azadlığının çevrəsini məhdudlaşdırmaq olmaz. Ona görə də hesab edirəm ki, bu maddəyə dəyişikliyin qəbul olunması geriyə doğru bir addım olacaq. Təbii ki, bundan mediamız uduzacaq”.
Qulu Məhərrəmli müvafiq məsələ ilə bağlı yazılı və elektron KİV rəhbərlərinin, qəzet redaktorlarının, media qurumları rəhbərlərinin, o cümlədən Mətbuat Şurasının da öz sözünü deməsi arzusundadır : “Əvvəllər qanunda dəyişiklik edəndə media üzrə ekspertləri yığırdılar, fikir mübadiləsi aparıb sonra addım atırdılar. İndi pis olub ki, jurnalistlərlə fikir mübadiləsi aparmadan, rəy sorulmadan bir başa belə dəyişikliklərə yol verirlər. Bu da istər-istəməz xoşagəlməz təəssürat yaradır. Biz ölkədə nə baş verdiyini bilirik. Lakin beynəlxalq qurumlar qarşısında bu addımı niyə atırıq sualının cavabı tapılmalıdır. Heç bir halda buna yol vermək olmaz”.
Xəyalə Muradlı

687