“Donuz qızı” və donuz gülləsi - HƏYAT HEKAYƏTİ
“Tüfəngin lüləsini ürəyinin üstünə, sağ ayağının baş barmağını isə tətiyin üstünə qoydu...”
“Dövlətin uşaqları” silsiləsindən
...Bu 8 yaşlı uşağın ailəsi barəsində sırf təsadüf nəticəsində yazası oldum. Uşaq evində olarkən Talehi mənə “Azərin dostu” kimi təqdim etdilər. Onunla qısa söhbətim oldu. Mənə dedi ki, Azərlə dostluq eləyirəm. Dərslərilə maraqlandım, yaxşı oxuduğunu dedi. Və özümün adi saydığım bir sualı verdim:
- Böyüyəndə nə olacaqsan?
- Polis.
- Polis niyə?
- Adam öldürənləri tutmaqdan ötrü...
Həmin vaxt Azər mənim sağımda, Taleh onun sağında, uşaq evinin işçisi M. xanım isə bizdən iki metr aralıda əyləşmişdi. Taleh üzünü mən tərəfə tutub danışdığından M. xanımın sifətini görmürdü. Ancaq mən görürdüm. Və M. xanımın Talehin söylədiyi axırıncı kəlmələrdən diksinən kimi olmasını, onun mənə bir qədər də tərs-tərs baxdığını gördüm. Uşaqlarla söhbətimiz yekunlaşan kimi isə M. xanıma sual vermək istəyirdim ki, məni qabaqladı: “Siz yəqin bilmirsiz ki, Talehin anası atasını öldürüb, həbsxanaya düşüb...”
Bu sözlərdən sonra mən yazacağım hekayətlər sırasına Talehin taleyini də əlavə eləmək qərarına gəldim; onunla və ailəsilə bağlı məlumat topladım.
“Uşaqlara görə döz!...”
Firudinlə Tahirə 1999-cu ilin payızında ailə qurmuşdular. İlk vaxtlar hər şey yaxşıydı: onlar can deyib, can eşidirdilər. Necə də olsa, Firudin Tahirəni sevib ailə qurmuşdu; onu yaşadığı ucqar kəndə gəlin gətirmişdi. Ancaq illər keçdikcə, Firudin Tahirədən soyumağa başladı. Soyumaq bir yana, ər arvadını az qala hər gün söyüb təhqir edir, döyürdü. Qadın isə qohum-tanışının “uşaqlara görə döz” məsləhətinə qulaq asıb dözürdü. Onların iki övladı var idi axı: Taleh 2000-ci, Rəvanə isə 2002-ci ildə dünyaya gəlmişdi. Tahirə də elə uşaqlara görə dözürdü: baxmayaraq ki, o indiyə qədər ərini öldürməyi də, ondan boşanmağı da fikirləşmişdi. Ancaq hələ ki, heç birini eləməmişdi. Çünki dözürdü. 2006-cı ilin isti yay günündə isə hər şeyə son qoyuldu.
“Donuz qızı, mənə yemək ver”
Həmin gün Tahirə uşaqlarını Bakıya – bacısı Rənagilə göndərmişdi. Bilirdi ki, Talehlə Rəvanə xalasıgili və bir də o böyük, qəşəng şəhəri çox sevir. Bacısıgilin maddi durumu yaxşı olmadığına görə onlara xeyli pay da göndərmişdi. İndi o evdə oturub Firudinin zülmündən qurtulmağın yolunu – boşanmaq barəsində düşünürdü. Fikirləşirdi ki, bu il keçdi, gələn ilin yayında mütləq boşanacaq. Çünki bu il oğlu Taleh birinci sinfə gedəcəkdi. İndi avqust ayı idi, qarşıdan isə sentyabrın 1-i gəlirdi. Əgər o indi boşansaydı, Talehin harada oxuması məsələsi həll problem olacaqdı. Ancaq uşaq birinci sinfə kənddə getsəydi və o da ərindən gələn ilin yayında boşansaydı, Taleh ikinci sinfə Bakıdakı məktəbdə gedərdi: bacısıgilin evinin yanındakı məktəbə. Çünki Tahirə boşanandan sonra bacısıgildə yaşamağı planlaşdırırdı. Düşünürdü ki, bir müddət Rənagildə qalaram, gedib işləyərəm, balalarımı dolandıraram, sonra da yaxınlıqda kirayə bir ev tutub çıxaram. Baxmayaraq ki, onun Bakıda iş tapmağın necə çətin olmasından heç anlayışı da yox idi...
Elə bu düşüncələr içindəykən, birdən onu səslədilər:
- Donuz qızı, mənə yemək ver.
Ərinin səsiydi. Evlərindən bir qədər aralı olan tarladan günorta yeməyinə gəlirdi. Firudin neçə ildi ki, ona “donuz qızı” deyirdi. Tahirənin atası üç il əvvəl dünyasını dəyişmişdi; ancaq Firudin sözünü dəyişməmişdi. Bu müraciətin üstündə onların neçə dəfə davası da olmuşdu. Daha doğrusu, Tahirə “atamı söymə” deyəndə onu döymüşdü. İndi Tahirə özünü bu təhqirə o qədər də əhəmiyyət verməmiş kimi göstərdi:
- Gəldim, gəldim...
O, ərinin üzünə də baxmadan qabağına süfrə sərdi, yemək gətirdi, sonra da mətbəxə keçdi. Firudin yeyə-yeyə arvadının eşidə biləcəyi səslə “sənə dedim axı uşaqları Bakıya göndərməyək, indi onlardan ötrü darıxıram”.
Əri sərt danışanda çox vaxt ona cavab verməyə cürət eləməzdi. Ancaq indi Firudinin bir qədər yumşaq danışdığını görüb, astadan dilləndi:
- Yazıq uşaqlar, yaxşı ki, gediblər, bir az başları dincələr.
- Nə deyirsən aaz. Mən qoymuram uşaqların başları dinc qalsın?!
- ...
- Donuz qızı donuz, niyə cavab vermirsən?
- Atamı söymə!
- Nə? Söyməyim? Söyəcəm, sənin atan donuzdu, sən də onun donuz qızısan.
Axırıncı kəlmələr Firudinin ağzından çıxanda artıq Tahirəni döyməyə başlamışdı: mətbəxin küncünə sıxılmış qadının başına, qarnına təpik vurur və yenə də söyürdü; hər şey həmişəki kimiydi. Və o həmişəki kimi arvadını döyəndən sonra kənara çəkildi. Gəlib nəfəsini dərib yenə də süfrə başına oturdu: bayaq yeməyini bitirməmişdi.
Qətl və intihar
Tahirə mətbəxdən gözucu ərinə baxdı: yemək yeyirdi. Adətən əri onu bu cür döyəndən yarım saat, bir saatdan sonra durub əl-üzünü yuyur, işini görürdü. Ancaq bu dəfə nə yarım saat, bir saat gözlədi, nə də əl-üzünü yudu; o, artıq gələn yaya qədər dözə bilməyəcəyini dəqiqləşdirmişdi: mətbəxdən gizlincə çıxıb yan otağa keçdi. Bura ərinin tüfəngi divardan asdığı otaq idi. Yaşadıqları kənddə hər dörd-beş evdən birində tüfəng var idi. Firudinə isə bu qoşalülə atasından qalmışdı.
Tahirə patronlara baxıb iri qırma doldurulmuşlardan ikisini götürdü. Firudin bunları qaban, yəni vəhşi donuz ovuna gedəndə götürərdi. Qadın ömründə bir dəfə də olsun tüfəng atmasa da, ərinin tüfəngi söküb-yığmasına, onu yağlamasına, patron qoymasına dəfələrlə maraqlanıb baxmışdı. İndi də vaxtilə ərindən gördüyü kimi davranıb tüfəngə iki patron qoydu və... ərinin olduğu otağa keçdi. Onun dörd addımlığında dayanıb qışqırdı:
- İndi səni öldürəcəm, canım qurtaracaq zülmündən.
Firudin arvadının əlində tüfəngi görüb əvvəlcə bir az çaşdı, ondan tüfəngi atmağı tələb elədi. Ancaq məsələnin ciddiliyini görüb onu dilə tutmağa çalışdı. Çünki Tahirə qundağını öz sinəsinə sıxdığı tüfəngin lüləsilə onun düz ürəyini nişan almışdı.
- Məni niyə öldürürsən? Əgər vursan səni tutacaqlar. Mən də ki, ya öləm, ya yaralanam, Allah bilir.
- Tuta bilməzlər məni, narahat olma?
- Niyə?
- Çünki səni öldürəndən sonra özümü də güllələyəcəm.
- ...Bəs uşaqlar, onları yetim qoymaq istəyirsən?
- Uşaqların dərdini çəkmək sənə qalmayıb.
- Aaaz, tüfəngi mənə ver…
Bu sözləri deyə-deyə, Tahirənin üstünə atılmaq istədi. Qadın tətiyi çəkdi: güllə səsi və kişi qışqırığı gəldi. Tahirə atasını “donuz” adlandırdığı ərini donuz gülləsilə başından vurmuşdu. Firudin bir qədər qıvrılıb öldü...
İndi Tahirə nə edəcəyini bilmirdi. Heç ərini öldürmək üçün tüfəngi götürməyə gedəndə də ondan sonra nə edəcəyini planlaşdırmamışdı. Ancaq Firudinə bayaq heç özü də bilmədən “…səni öldürəndən sonra özümü də güllələyəcəm” dediyi fikri ağlına batmışdı: mütləq intihar edəcəkdi. Bununla da nə həbsxanaya düşəcək, nə də Talehlə Rəvanənin valideynsiz necə qalacaqlarını görməyəcəkdi...
Tahirə özünü vurmaq üçün yerə oturdu. Tüfəngin lüləsini ağzına salıb tətiyi ayaq barmağıyla basmaq istəyirdi. Bu cür intiharı o hansısa kinoda görmüşdü, indi isə özünə tətbiq eləmək istəyirdi.
Ancaq alınmadı. Çünki ağzı lüləyə çatmırdı. Tüfəngin lüləsini ürəyinin üstünə, sağ ayağının baş barmağını isə tətiyin üstünə qoydu: növbəti güllə və qışqırıq səsi...
Hadisədən saat yarım sonra
Güllələnmiş ər-arvaddan heç kim xəbər tutmadı. Buralarda güllə səsinə o qədər də fikir verən olmazdı. Çünki kəndin yaxınlığında və girəcəyində quş ovlamaq adi hal idi. Firudinin evi kəndin girəcəyində olduğundan güllə səsinin evdən çıxması heç kimin ağlına gəlməmişdi.
Onları düz saat yarım keçəndən sonra qonşu Səriyyə tapdı. O, Tahirədən duz almağa gəlibmiş; evdən zarıltı səsi eşidərək içəri keçib və gördüklərindən sarsılır: ər-arvad qan içindəydi Firudin ölmüş, Tahirə isə yaralı idi. Qadın özünü vuranda əli bir qədər əsmiş, qırmalar ürəyi əvəzinə çiynini tutmuşdu...
Bu da son...
Tahirə rayon xəstəxanasına aparıldı. Sağalandan sonra isə məhkəməsi oldu. Hakim onu 11 il müddətinə azadlıq məhrum elədi. O, Qadınlar üçün N saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldü. 6 yaşlı Talehlə Rəvanəni isə xalası Rəna bir qədər saxladıqdan sonra uşaq evinə verdi. Həmin vaxtdan dörd il keçib. İndi Talehin 8, Rəvanənin isə 6 yaşı var. Taleh üçüncü, bacısı birinci sinifdə oxuyur. Rəvanəni xalası övladlığa götürmək istəsə də, anası həbsxanadan xəbər göndərərək buna razılıq verməyib: “Əsl xala hər iki uşağı götürüb öz balası kimi saxlayar, sonra anaya təhvil verər...”
Xalası isə kasıb olduğundan onları yanında saxlaya bilməyib.
Taleh o faciəli hadisədən sonra anasını cəmi iki dəfə görüb: həbsxana işçisinə qoşularaq gedib, dəmir barmaqlıqlar arxasında olan anasına baş çəkib, qayıdıb.
Mən indi Talehin hansı hisləri keçirdiyini yazmaqda çətinlik çəkirəm. Çünki bunu nə mən, nə də uşaq evinin işçiləri bilir. Əksər uşaqlar qəlblərinin dərinliklərindəki hislərini hərəkətlərilə, istəklərilə üzə çıxarır. Ancaq Taleh elə deyil: çox sirli, qapalı uşaqdır o. Heç onu da bilmədim ki, bu uşaq anasının atasını öldürdüyünü öyrənib, yoxsa yox. Təkcə onu öyrəndim ki, Taleh bacısını çox istəyir. Bir də, Azərlə dostluq elədiyini bildim. O Azərlə ki, anası ərinə qoşularaq onlara borc dalınca gələn adamı öldürüb. Bəli, onların hər ikisinin anası qatildi, özləri isə uşaq evinə düşüb burada dostluq edir. Kim bilir, bəlkə onların indi həbsxanada olan anaları da rəfiqəlik edir?...
Pərvin ABBASOV
[email protected]
P.S. Yazıdakı adlar real deyil, şərti adlarla əvəzlənib.
P.P.S. “Dövlətin uşaqları” silsiləsindən növbədə “Atası naməlum olan məşhur aktyorumuz” adlı həyat hekayətidir. Mütləq oxuyun...

611