Təhsil xərclərinin ÜDM-dəki payı cəmi 30,3 faizdir
Ötən il Azərbaycanda hər bir tələbəyə 2102 manat xərclənib
Bu gün Bakı “Ali təhsildə maliyyələşmə mexanizmləri” mövzusunda seminar keçirilir. Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə təşkil etdiyi seminarda Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, TQDK sədri Məleykə Abbaszadə, İqtisadi İnkişaf Nazirliyinin təhsil sektoru üzrə kuratoru Sevinc Hüseynova, Nazirlər Kabinetinin nümayəndəsi və Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin rektorları, habelə Litvanın Azərbaycanda səfərdə olan təhsil və elm naziri iştirak edib.
Lent.az-ın məlumatına görə, seminarda təhsil naziri Misir Mərdanov ali təhsilin mövcud vəziyyəti barədə təqdimatla çıxış edib. Bu seminarın Dünya Bankının dəstəyi ilə keçirilən ikinci belə tədbir olduğunu deyən ali təhsillə bağlı geniş müzakirələrin hələ bir müddət davam edəcəyini söyləyib. Onun sözlərinə görə, seminarın əsas məqsədi Azərbaycanda ali təhsilin maliyyələşməsini daha səmərəli mexanizmlərini işləyib hazırlamaqdır. Bu müzakirələrin sonunda Dünya Bankı ilə ali təhsildə kredit sazişinin imzalanması və sonda adambaşına maliyyələşmə sisteminin tətbiqi nəzərdə tutulur.
“Ali təhsil müəssisələrində adambaşına hər tələbəyə düşən vəsaitlər bir-birindən fərqlənir. Biz istəyirik ki, bur fərqlər obyektiv olsun. Bizim müzakirələrimizin məqsədi həm də ali təhsilə ayrılan vəsaitlərin səmərəsiz xərclənməsinin qarşısını almaqdır. Biz istəyirik ki, ali təhsilə ayrılan vəsaitlər təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etsin” – deyə, Misir Mərdanov əlavə edib.
Nazir onu da bildirib ki, 2007-ci ildə 1 tələbəyə düşən dövlət xərci 1151 manat, 2008-ci ildə 1592 manat, 2009-cu ildə 2102 manat olub. Onun sözlərinə görə, hazırda ali təhsil alan tələbələrin yarıdan çoxu ödənişli əsaslarla oxuyur.
Misir Mərdanov qeyd edib ki, ötən il dövlət büdcəsindən ali təhsilə ayrılan tikinti investisiya xərcləri, 28,95 milyon manat olduğu halda elmi tədqiqat işlərinə cəmi 3,9 milyon manat ayrılıb. Bütövlükdə isə təhsilə ayrılan xərclərin ümumi daxili məhsuldakı payı 0,3 faiz təşkil edir.
ə dövlət büdcəsindən Dünya Bankının, Azərbaycan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin nümayəndələrinin iştirakı ilə bununla bağlı bir neçə gün ərzində müzakirələr aparılacaq və qərara gəlinəcək.
Seminarda Dünya Bankının baş təhsil mütəxəssisi Riçard Hopper ali təhsilin maliyyələşməsi və bu sahədə innovasiyalar mövzusunda çıxış edib. O qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanda ali təhsilin özünümaliyyələşdirmə layihəsinə kredit ayırmağa hazırdır.
Elxan SALAHOV

604