Dil Qurumu mətbuatda nələr tapdı?
“Azərbaycan Dil Qurumu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə medianın monitorinqini aparıb.
“Azərbaycan Dil Qurumu” İctimai Birliyindən Lent.az-a verilən məlumata görə, Monitorinq Qrupu ədəbi dil normalarının qorunması və inkişafı məsələləri ilə bağlı sentyabrın 10-dan 17-dək yazılı və elektron mətbuatı araşdırıb.
Monitorinqə “Yeni Müsavat”, Azadlıq”, “Şərq”, “525-ci qəzet”, “Bakı xəbər” qəzetləri və “Lent.az”, “Qafqazinfo.az”, “Azadliq.org”, “Publika.az”, “Avropa.info”, “Mediaforum.az”, "Modern.az" saytları cəlb edilib. Monitorinq zamanı üzə çıxıb ki, ədəbi dil normalarına uyğun gəlməyən və zəruri ehtiyac olmadan əcnəbi sözlərdən istifadə edilir. Məsələn, “Azadlıq” qəzetinin 11 sentyabr sayında “novostroyka”, 13 sentyabr sayında “çekist”, “Yeni Müsavat” qəzetinin 11 sentyabr tarixli sayında “obşak”, “xlebnik”, “padlo”, “srok”, 12 sentyabr tarixində “dıxaniyem”, 11 sentyabr sayında “kayf” yazılıb. “Publika.az”-da isə 11 sentyabrda “aktivist”, “Qafqazinfo.az” –da 10 sentyabrda “vetnamka” yazılıb.
“Orfoqrafiya lüğəti”ndə qeydə alınmış sözlər bəzən fərqli formada yazılır. Məsələn, “Qafqazinfo.az” sentybarın 11-də diaspora, sentyabrın 12-də Tel-Əviv, “Publka.az” sentyabrın 10-da abaratoriya, “Lent.az” sentyabrın 14-də otel yazıb. Yazılı və elektron mediada xarici mətbuat, şirkət, restoran, şəxs adlarının orijinala uyğun şəkildə yazılışı artıq ənənə halını almaqdadır. Məsələn, “Eurovision”, “Embawood”, “Star city”, “Nar Mobile”, “Mercedes”, Thomas De Wall, Michael, Dana Rohrabacher, “Human Rights Watch”, Gabriel Garcia Marquez, “Facebook”, “The New York Times”, “Volkswagen”, “Baku Crystal Hall”, “Hyatt Regency” və s.
Monitorinqə cəlb edilən qəzet və saytlar içərisində “Azadliq.org” saytı bu halı artıq “prinsip olaraq” qəbul edib. Alınma sözlərin Azərbaycan dilinin fonetik prinsiplərinə uyğunlaşdırılması qaydasına zidd olan bu cür yazılışlarda bəzən Türkiyə türkcəsində olduğu kimi, xüsusi isimləri hal şəkilçilərindən ayırmaq üçün kəsmə, apostrof işarəsindən də istifadə edilir.
Monitorinq zamanı nitq qüsuru və ya asemantikləşmə nəticəsində yaranmış sözlər də aşkarlanıb. Məsələn, narahatçılıq – “Publika.az” (10 sentyabr), müsəlmançılıq - “Yeni Müsavat” qəzeti (12 sentyabr). Dərslik və dərs vəsaitlərində - “çılıq4” şəkilçili sözlər bir qayda olaraq – “çı+lıq4” və - “çılıq”4 şəklində izah edilir. Peşə, sənət anlayışı bildirən sözlərdə şəkilçi – “çı+ lıq” şəklində parçalanır, mücərrəd məna bildirdikdə isə - “çılıq4” bütöv şəkildə götürülür, halbuki – “çılıq4” şəkilçisi bir qayda olaraq ismə artırıır. Məsələn, qəzetçilik; Narahat, nigaran sözləri sifət olduğuna görə, narahatlıq, nigaranlıq şəklində yazılmalıdır.
Sayt adları 3 müxtəlif formada -“Qafqazinfo”, “Media forum”, “Lent.az”, “Publika.Az” formalarında yazılır. “Orfoqrafiya qaydaları”nda sayt adlarının yazılışı ilə bağlı ayrıca bənd yoxdur. “Azərbaycan Dil Qurumu” İctimai Birliyi təklif edir ki, sayt adları dırnaq işarəsi olmadan, internet ünvanı saxlanılmaqla (az, com, org və s.) yazılsın. Monitorinq qrupu hesab edir ki, keçən monitorinqin (2012-ci il iyunun 19-dan 30-dək) nəticələri ilə müqayisədə vulqar sözlərin sayı xeyli azalıb. Buna baxmayaraq, xüsusi isimlərin və mürəkkəb adların yazılışında qaydasızlıq qalmaqdadır. Bunun səbəbləri dil qurumları ilə əlaqələrin zəifliyi, əksər media mənsublarının mövcud lüğətlərdən istifadə etməməsi və dil normalarına laqeyd münasibəti, 2004-cü ildə çap olunmuş “Orfoqrafiya lüğəti”nin müasir tələblərə tam cavab verməməsidir.

1310