Məşhur müğənni intihara cəhddən  sonra komaya düşdü
01 oktyabr 2024 13:29 (UTC +04:00)

Məşhur müğənni intihara cəhddən sonra komaya düşdü

2000-ci ildə ekrana çıxması ilə ulduzu parlayan rusiyalı müğənni Saşa Projekt  (Aleksandra Ginzburq) intihara cəhd etdikdən sonra komaya düşüb. 

Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, o, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun psixotrop həblər içdiyi bildirilir.

38 yaşlı Aleksandra Ginzburq psixotrop dərmanlardan zəhərlənmə diaqnozu ilə Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin sabit ağır olduğunu bildiriblər. Bir müddət öncə müğənninin uğursuz plastik əməliyyat nəticəsində burun, dodaq və damaqlarında infeksiya yaranması,üzünün deformasiyaya uğraması barədə xəbərlər yayılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2796
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar