Avtoritet həbsxanada öldü
01 oktyabr 2024 14:21 (UTC +04:00)

Avtoritet həbsxanada öldü

49 yaşlı kriminal avtoritet, “Rus Vanya” ləqəbi ilə tanınan İvan Çumakov Ukraynanın Odessa vilayətində vəfat edib. O, Ukraynada iki səs-küylü cinayət işi üzrə mühakimə olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Rusiyada axtarışda olan Çumakovun saxta sənədlərdən istifadə etməsi və ağır cinayətlərdə iştirakı, həmçinin 2021-ci ilin əvvəlində Vostok Bankın filialında 17 depozit seyfindən qiymətli əşyaların oğurlanması zamanı törədilən quldurluq Ukrayna hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb.

Həmin vaxtdan İvan Çumakov Odessa istintaq təcridxanasının 132 saylı kamerasında saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948
avatar

Oxşar yazılar