Orduda intiharların sayı  artıb? - Hərbi prokuror AÇIQLADI
01 oktyabr 2024 10:19 (UTC +04:00)

Orduda intiharların sayı artıb? - Hərbi prokuror AÇIQLADI

2023-cü ilin 8 ayı ilə müqayisədə, 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 24,7 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 25,9 faiz, qeyri-hərbi cinayətlər isə 23,4 faiz azalıb.

Lent.az xəbər verir ki, bu barədə Hərbi Prokuror Xanlar Vəliyev “Respublika” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, həmçinin özünü öldürmə həddinə çatdırma cinayətləri 82,4 faiz, fərarilik 93,3 faiz, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər 28,1 faiz, hərbi xidmətdən yayınma 34 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma 83,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 30,8 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma 50 faiz, xuliqanlıq 75 faiz, rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) isə 59,7 faiz azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar