İrandakı səfirliyimizə silahlı hücum edən nə vaxt edam olunacaq?  - Baş prokuror AÇIQLADI
01 oktyabr 2024 09:54 (UTC +04:00)

İrandakı səfirliyimizə silahlı hücum edən nə vaxt edam olunacaq? - Baş prokuror AÇIQLADI

"2023-cü il, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə bir soydaşımızın ölümü, ikisinin isə yaralanması ilə nəticələnən hücumu həyata keçirmiş Yasin Hüseynzadə barəsində hökmün icrası müəyyən prosedurlar tələb edir".

Lent.az xəbər verir ki, bunu jurnalistlərə Baş prokuror Kamran Əliyev deyib:

"Biz İran tərəfi ilə bu istiqamətdə əlaqələrimizi davam etdiririk. Burada sadəcə prosessual məsələlərdən söhbət gedir. Bilirsiniz ki, birinci instansiya məhkəməsinin hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiq olunmalıdır. Prosessual qayda odur ki, bu prosedur həyata keçiriləndən sonra hökm icraya yönəldiləcək", - o deyib.

Qeyd edək ki, birinci instansiya məhkəməsi Tehrankı səfirliyimizə hücum edən cinayətkar barəsində edam hökmü çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2484
avatar

Oxşar yazılar