Smartfon bazarında inqilab  gözlənilir: unikal qacet  hazırlanacaq
01 oktyabr 2024 09:35 (UTC +04:00)

Smartfon bazarında inqilab gözlənilir: unikal qacet hazırlanacaq

Əfsanəvi keçmiş “Apple” dizayneri Coni Ayvi, son vaxtlar İT dünyasında çox səs-küy yaradan OpenAI ilə əməkdaşlıq edərək “sənayeni sarsıdacaq” yeni smartfon növü üzərində işləyir.

Lent.az xəbər verir ki, Ayvi bu layihəyə rəhbərlik edir və bundan əlavə, orijinal “iPhone”un yaradıcılarından biri olan Tan və Evans Hankey də daxil olmaqla, doqquz nəfər layihənin üzərində işləyir. Layihə San Fransiskoda hazırlanır və inkişafa təxminən 1 milyard dollar sərmayə qoyulub.

Coni Ayvi və OpenAI-nin inqilabi qadcet hazırlaması ilə bağlı ilk şayiələr  keçən il ortaya çıxmışdı. Daha sonra layihənin sensor ekran texnologiyasından və orijinal “iPhone”dan ilhamlandığı bildirildi. Bundan əlavə, Ayvi komandası generativ süni intellekti yeni növ hesablama qurğusunu təmin edəcək. Çünki bu texnologiyalar istifadəçilərə ənənəvi proqram təminatından daha güclü təcrübələr təklif edə bilər.

Bildirilir ki, smartfon daha çox süni intellekt xüsusiyyətlərinə arxalanacaq.Əməliyyat sisteminin özü də süni intellektə malik olacaq və bununla da istifadəçini əl ilə idarəetmə ehtiyacından azad edəcək.

Stiv Cobs ilə birlikdə “Apple”da onilliklər ərzində çalışmış Coni Ayvi, “iPod” və “iPhone”dan “iPad” və “MacBook”a qədər şirkətin bir çox məşhur müasir qadcetlərinin dizaynının yaradıcı kimi tanınır. Buna görə də, yeni smartfonun qəşəng görünəcəyi gözlənilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1803
avatar

Sevinc Fərid

Oxşar yazılar