Qaxda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Qum kəndində baş verib. Kənd sakini olan keçmiş məhkum 62 yaşlı Elman Əhmədiyyə oğlu Yusifovun meyiti yaşadığı evdən tapılıb.
Zorakılıq əlamətləri olmayan meyitdə çürümə əlamətləri müəyyən edilib.
Araşdırma aparılır.