Oktyabrın 2-də Günəş şüalarını örtəcək Ay, Yerin səthinə eni 266 km olan kölgə salacaq.
Lent.az xəbər verir ki, Ayın kölgəsi zolağının keçəcəyi ərazilərin sakinləri həlqəvi Günəş tutulmasının tam fazasını müşahidə edə biləcəklər.
Oktyabrın 2-də halqavari Günəş tutulması Sakit Okeanın ekvator zonasında başlayacaq. Yer səthində Ayın kölgəsinin eni 266 km olacaq.
Tutulma anında Ay, Günəşin diskini tamamilə örtə bilməyəcək. Ayın diskinin ətrafında parlaq bir atəş halqası qalacaq.
Müxtəlif fazalarda olan tutulmanın ən böyük mərhələsi Sakit Okeanın cənub-şərqində baş verəcək və 7 dəqiqə 26 saniyə davam edəcək. Bu zaman Günəşin hündürlüyü üfüqdən 69 dərəcəyə çatacaq.