Rusiyaya aparılan narkotiklər Azərbaycanda saxlanıldı
01 oktyabr 2024 13:33 (UTC +04:00)

Rusiyaya aparılan narkotiklər Azərbaycanda saxlanıldı

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kompüter aksesuarları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, monitorda şübhəli təsvirlər müşahidə olunduğundan nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı su çənindən 4 ədəd bağlamada qablaşdırılan, üzərində “Methadone 40” yazısı olan, ümumilikdə 9981 ədəd həb və 20 ədəd həb parçası aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 753
avatar

Oxşar yazılar