Bakı Ali Neft Məktəbi loqotipi ilə bağlı müsabiqə elan etdi
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlanacaq loqotipdə Bakı Ali Neft Məktəbinin Azərbaycan ali təhsil sisteminə yenilik gətirməsi, ölkənin zəngin neft sənayesi təcrübəsinə əsaslanan və müasir dünya standartlarına cavab verəcək şəffaf və yüksək keyfiyyətli təhsil vermək niyyətləri öz əksini tapmalıdır.
Loqotiplə bərabər həm ali məktəbin internet saytının, digər tanıtım materiallarının, həm də rəsmi sənədlərinin dizaynında istifadə ediləcək və yuxarıda qeyd edilən şərtlərə əsaslanan rəsmi rənglərin də versiyaları təqdim edilməlidir. Müsabiqədə reklam agentlikləri, emblem və loqotiplərin hazırlanması üzrə təcrübəsi olan rəssam və dizaynerlər iştirak edə bilərlər. Təqdim olunan eskiz və layihələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcəkdir. Müsabiqənin qalibinə 1000 (bir min) manat məbləğində mükafat və xüsusi diplom təqdim ediləcək.
Təklif olunacaq eskiz və layihələr oktyabr ayının 1-dək “[email protected]” email ünvanına göndərilməlidir. Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 MB-dan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.

Oxşar yazılar

Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39
Yayda zibil maşınlarının ifunətli suları - Sakinlər narazıdır, qurum təkzib edir
4 iyul 2025 , 16:26
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56
İtkin düşən üç hərbçimiz Kəlbəcərdə dəfn edildi -FOTOLENT
4 iyul 2025 , 15:23
Sabah çimərliklərə getməyiniz məsləhət deyil - SƏBƏB
4 iyul 2025 , 14:46