Şadlıq evlərində yaxma nümunələrində mikrobioloji çirklənmə aşkarlanıb
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin iyul ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 103 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.
Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 48 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1018, mikrobioloji göstəricilərinə görə 929, toksikoloji göstəricilərinə görə 199, radioloji göstəricilərinə görə 37 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 3-də orqanoleptik və fiziki-kimyəvi, 27-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub. Şadlıq evlərindən 3029 yaxma nümunəsi götürülüb, 51 yaxma nümunələrində mikrobioloji çirklənmə aşkarlanıb.
İyul ayı ərzində əhali arasında 228 qida zəhərlənməsi hadisəsi baş verib, 268 nəfər zərərçəkən olmuşdur. O cümlədən 3 botulizm hadisəsi baş verib, 3 nəfər zərərçəkən olub.

2106