AMEA Seysmoloji Xidmət Mərkəzi Avropa Seysmoloji Komissiyasının üzvü oldu
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli və Zəlzələlərin Tədqiqatı Bürosunun mühəndis-proqramçısı Vüqar Fərəcov iştirak ediblər.
Qurban Yetirmişli iclasda son illər Azərbaycanda aparılan seysmoloji müşahidələr və əldə olunmuş nəticələrə dair məruzə ilə çıxış edib. O, çıxışı zamanı AMEA RSXM-in Avropa Seysmoloji Komissiyasına üzvlüyü ilə bağlı təklif də irəli sürüb. Təklif Baş Assambleya üzvləri tərəfindən müsbət qarşılanıb və AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi Avropa Seysmoloji Komissiyasının assosiativ üzvü seçilib.
Qeyd edək ki, bu təşkilatın Nizamnaməsinə görə, təşkilat üzvləri əvvəlcə təşkilatda assosiativ üzvlüyə qəbul edilməlidirlər. Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının növbəti iclası 2014-cü ilin 19-24 avqust tarixində İstanbulda keçiriləcək. Həmin toplantıda AMEA RSXM təşkilatın tam hüquqlu üzvü statusu alacaq. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının 2016-cı il toplantısının Bakıda keçirilməsi ilə bağlı təklifinə də İstanbul toplantısında baxılacaq.

Oxşar yazılar
Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59