Ölkə ərazisində temperatur 38 dərəcəyə yüksələcək
Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, avqustun 28-i də daxil olmaqla ölkə ərazisində havanın temperaturunda yüksəlmə müşahidə olunacaq. Avqustun 25-i, 26-sı və 27-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu və yağmursuz hava şəraiti müşahidə olunacaq. Avqustun 25-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu avqustun 25-26-da gündüz 28-33 dərəcə, 27-də 29-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da avqustun 25-də əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında 31-36, dağlarda 24-29 dərəcə isti təşkil edəcək. Avqustun 26-27-də də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin avqustun 26-da gecə Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Aran rayonlarında 33-38, dağlarda 25-30 dərəcə isti gözlənilir.

3472