Bakıda içməli suyun verilməsində fasilələr yaranacaq
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ərazidən keçən magistral su və kanalizasiya xətlərinin dəyişdirilməsi istiqamətində işləri yekunlaşdırıb. Prospektin Funikulyorun qarşısından Əziz Əliyev küçəs ilə kəsişməsinə qədər olan hissəsində uzun müddət istifadə də olan 1960 metr metal borulardan ibarət su xətləri yeniləri ilə əvəz olunub.
Bundan başqa Neftçilər prospektinin Puşkin küçəsilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində uzunluğu 1286 metr olan yeni magistral su xətti çəkilişi başa çatıb. Hazırda çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar avqustun 23 və 24-də Bakı şəhəri Səbail rayonun Bayıl qəsəbəsi, Neftçilər prospekti, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Şövkət Ələkbərova, İstiqlaliyyət və Niyazi küçələrinə içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Oxşar yazılar

Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39
Yayda zibil maşınlarının ifunətli suları - Sakinlər narazıdır, qurum təkzib edir
4 iyul 2025 , 16:26
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56
İtkin düşən üç hərbçimiz Kəlbəcərdə dəfn edildi -FOTOLENT
4 iyul 2025 , 15:23
Sabah çimərliklərə getməyiniz məsləhət deyil - SƏBƏB
4 iyul 2025 , 14:46