Orta ixtisas məktəblərinə ixtisas seçiminə start verilir
Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.
Mətbuat katibinin sözlərinə görə, ixtisas seçimi avqustun 19-dan 23-dək ixtisas seçimi avqustun 19-dan 23-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını göstərə bilərlər: “Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır”.
E. Nağızadə onu da bildirib ki, qəbul qaydaları, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və digər zəruri məlumatlarla “Abituriyent” jurnalının 5-ci sayında tanış olmaq olar. “Cari ildə 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-si Azərbaycan bölməsi, 36 yer isə rus bölməsinin abituriyentləri üçün, 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək” - deyə, mətbuat katibi əlavə edib.
Anar Məcidzadə

1625