TQDK abituriyentlərə müraciət etdi
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-dan 23-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını göstərə bilərlər.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu seçə bilər.
Abituriyent seçdiyi ixtisasları www.tqdk.gov.az/ali2012/pageparol.aspx internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil etməlidir.
Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını almalı və onun şifrindən istifadə etməlidir. Virtual ödəmə kartını plastik kartdan istifadə etməkləhttp://system.goldenpay.az/tqdk/index.jsp və NETMONEY kartlarından istifadə etməkləwww.netmoney.az (www.portmanat.az) internet ünvanlarından əldə etmək olar. Virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər isə Azercell, Baksel və Nar Mobile nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Qeyd edək ki, bu il 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-si Azərbaycan bölməsi, 36 yer isə Rus bölməsinin abituriyentləri üçün, 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək. Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.

3839