11 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib - FOTO
ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2012” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında monitorinq həyata keçirilib. Lent.az-ın məlumatına görə, monitorinqi “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, eksperti Elçin Salmanov və psixoloq Lamiyə Kərimova aparıb.
Monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.
Monitorinq zamanı bir sıra kameralara baxış keçirilib, 13 məhkumla konfidensial görüş keçirilib. . Qəbul edilən məhkumlardan biri də İslam Partiyasının sədri Səmədov Mövsüm Mərdan oğlu idi. O, söhbət zamanı müəssisədəki şərait, məhkumlarla davranış səviyyəsindən narazı olmadığını bildirib.

813