Diqqət: Bakıda “kənd toyuğu”ndan tartarazin çıxdı! -YENİLƏNİB
Bakının Hövsan qəsəbəsi, Hövsankənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektlərindən götürülmüş nümunələrin və istehlakçılarda “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə toyuq ətinin üzərinə vurulan süni boyaq maddəsinin sınaqlarının nəticələri müəyyən edilib. Bu barədə Lent.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyasında aparılan sınaqların nəticələrinə əsasən toyuq ətində mikrobioloji göstəricilərdən “mezafil aerob” və “fakultativ anaerob” mikroorqanizmləri aşkar edilib. Bundan başqa istehlakçılarda “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə toyuq ətinin üzərinə vurulan süni boyaq maddəsinin cücə-broyler istehsalında istifadəsinə icazə verilməyən, insan orqanizmi üçün təhlükəli hesab edilən “tartarazin” boyaq maddəsi olduğu müəyyən edilib.
Qeyd edək ki, Hövsan qəsəbəsi, Hövsankənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə məlumat daxil olub. Daxil olmuş məlumata əsasən avqustun 6-da Xidmətin əməkdaşları tərəfindən Hövsan qəsəbəsi, Hövsankənd ərazisindəki Məktəbli küçəsi 16 və Məktəbli küçəsində üzərində mənzilin nömrəsi qeyd olunmayan bir neçə ünvanda və Köhnə Kolxoz küçəsində yerləşən toyuq kəsimi ilə məşğul olan təsərrüfat obyektlərində reydlər aparılmış və həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edilib.
Məhsullardan və boyaq maddəsindən nümunələr götürülüb, Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib. Aşkar edilmiş faktlar insan həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə, həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı rayon prokurorluğuna müraciət edilib.
***
10 Avqust 2012 15:23
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi reydlərini davam etdirir. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının Lent.az-a verdiyi məlumata görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsankənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə məlumat daxil olub.
Daxil olmuş məlumata əsasən 06 avqust 2012-ci il tarixində Xidmətin əməkdaşları tərəfindən Hövsan qəsəbəsi Məktəbli küçəsi 16 və Məktəbli küçəsində üzərində mənzilin nömrəsi qeyd olunmayan bir neçə ünvanda və Köhnə Kolxoz küçəsində yerləşən toyuq kəsimi ilə məşğul olan təsərrüfat obyektlərində reydlər aparılıb və həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edilib. Bununla da istehlakçılar aldadılaraq həmin məhsulların kənd toyuğu olması fikri yaradılıb və istehlakçı hüquqları kobud şəkildə pozulub.
Məhsullardan və boyaq maddəsindən nümunələr götürülüb, Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib. Aşkar edilmiş faktlar insan həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə, həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı rayon prokurorluğuna müraciət edilib.
Araşdırmalar davam etdirilir.
Anar

11644