"Virusun bu ölkələrdə yenidən yoluxma riski var" - Hande Harmancı
24 aprel 2020 15:15 (UTC +04:00)

"Virusun bu ölkələrdə yenidən yoluxma riski var" - Hande Harmancı

“Hazırda dünyada 2,5 milyondan çox insan koronavirusa yoluxub, 170 mindən çoxu vəfat edib. Azərbaycanda 1 548 nəfər tutulub, 948 sağalma, 20 ölüm halı qeyd alınıb”. 

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. O qeyd edib ki, hazırda Qərbi Avropada pandemiya ilə bağlı vəziyyət sabit və yoluxma azalmaqdadır:

"Ancaq Şərqi Avropa, Mərkəzi və Cənubi Amerika, Afrikada çoxalır. Əksər ölkələr virusla bağlı ilkin başlanğıcdadır. Virusun ilk yayıldığı ölkələrdə yenidən yoluxma riski hələ də var".

Onun sözlərinə görə, virusla mübarizədə ÜST-ün Azərbaycandakı rəhbərliyi ən yaxşı təcrübələrini təqdim etməklə daima dəstək olub: "Azərbaycan hökuməti ilə yaxın əməkdaşlıq edə bilməyimiz bizi sevindirir. TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta ilə daimi ünsiyyətdəyik. Azərbaycan ən yaxşı təcrübələri istifadə etməklə pandemiyanın qarşısını ala bilir. Bunu aşağı yoluxma və əhalinin maarifləndirilməsində görürük. Azərbaycan virusun qarşısının alınması üçün səylərini davam etdirir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

Oxşar yazılar