“Virtual məktəb”dən hamının yararlanmaq imkanı yoxdur: İNTERNET BAHADIR VƏ...
03 aprel 2020 14:15 (UTC +04:00)

“Virtual məktəb”dən hamının yararlanmaq imkanı yoxdur: İNTERNET BAHADIR VƏ...

Aprelin 2-dən Təhsil Nazirliyi "Virtual məktəb" layihəsinə start verib.

Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.

Təhsil eksperti Kamran Əsədov Lent.az-a yeni tədris imkanının şagirdlərə nələr verə biləcəyini şərh edib: “Martın 3-dən tədris prosesinin dayanması ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərdi. Nəzərə alsaq ki, onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşırdı, uzun müddət planlaşdırılmamış tədrisdən kənarda qalma onlarda bu qabiliyyətlərin itməsinə və ya azalmasına səbəb ola bilər.

Ona görə də Təhsil Nazirliyi martın 11-dən "Mədəniyyət" kanalında Tedərs layihəsinə başladı, bu, şagirdlər üçün dərs axınının təmin olunmasına imkan verdi. “Virtual məktəb” layihəsini də evdən çıxmadan ibtidai sinif şagirdlərinin təhsil almalarına davam etmələri üçün olduqca müsbət qiymətləndirirəm”.

O bildirib ki,  “Virtual məktəb” platforması, şagirdlər üçün təhsilin əlçatımlılığının təmin olunmasıdır: “Nəzərə alsaq ki, resurs çatışmazlığı var, Təhsil Nazirliyinin yeni layihəsi şagirdlər üçün göydən düşmə olacaq.

Hesab edirəm ki, bu proqramlar əsasında tədrisdə yaranmış boşluqlar aradan qalxacaq. Çünki Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsi tam şəkildə proqramı əhatə edir”.

K.Əsədov onu da bildirib ki, ilk vaxtlar istifadəçilərin qeydiyyatdan keçməklə bağlı probleminin olması hazırda yaranmış çətinlikdir: “Bundan başqa 4447 orta məktəbdə təhsil alan 1,5 miloyn şagirdin heç də hamısının bu platformadan istifadə imkanı yoxdur. Çünki hazırda mövcud internet qiymətləri bahadır və şagirdlər şəxsi komputer, planşet və telefona sahib deyillər”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1740
avatar

Aygün İbrahimli

Oxşar yazılar