"Üç məqam nəzərə alınaraq təkliflər hazırlanır" - İbrahim Məmmədov
02 aprel 2020 13:12 (UTC +04:00)

"Üç məqam nəzərə alınaraq təkliflər hazırlanır" - İbrahim Məmmədov

“Koronaviruslan zərər çəkənlərə yardımla bağlı müxtəlif təkliflər var”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov qeyd edib ki, hələlik bununla bağlı son qərar qəbul olunmayıb: “Yaxın günlərdə qərar qəbul ediləcək. Qərar insanların koronavirusdan gördükləri zərəri qarşılamaq üçün yetərli olacaq. İnsanların, sahibkarların, aztəminatlı əhalinin əzabları yüngülləşdirilməlidir. Bu 3 məqam nəzərə alınaraq təkliflər hazırlanır və yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunacaq. Yardımla bağlı indidən rəqəmlər səsləndirmək düzgün deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1222
avatar

Oxşar yazılar