“Təcili yardımla” sərnişin daşıyan sürücü işdən çıxarıldı - RƏSMİ
23 mart 2020 16:18 (UTC +04:00)

“Təcili yardımla” sərnişin daşıyan sürücü işdən çıxarıldı - RƏSMİ

 TƏBİB Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı açıqlama yayaıb.

Qurumdan Lent.az-a verilən açıqlamada bildirilir ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla əlaqədar  məsələ TƏBİB tərəfindən araşdırılıb: “Araşdırma zamanı məlum olub ki, TTTY şöbəsinin sürücüsü Səmədov Sadiq Yarməmməd oğlu xəstəxanadan çıxdıqdan sonra yoldan avtomobilə qazanc məqsədilə sərnişin götürüb.

Sürücü 23 mart 2020-ci il tarixdə Ağsu RMX-nın direktoru Şərəbanı Məlikovanın Əmri ilə işdən azad edilib. Eyni zamanda, Ağsu RMX-nın direktoru Şərəbanı Məlikova və direktor müavini Əli Hüseynova TƏBİB tərəfindən xəbərdarlıq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859
avatar

Aygün İbrahimli

Oxşar yazılar