“Sovetski”dən köçürülənlərə əlavə yardım verildi
02 mart 2020 11:08 (UTC +04:00)

“Sovetski”dən köçürülənlərə əlavə yardım verildi

“Sovetski” adlanan ərazidən köçürülmüş sakinlərə əlavə maddi yardım göstərilib.

APA-nın məlumatına görə, bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal rayonunda 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclasında deyib.

E. Həsənov bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, 2018-2019-cu illərdə “Sovetski” adlanan ərazidən köçürülmüş sakinlərə mərhələli şəkildə Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hesablanma qaydasına uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 2002 ünvan üzrə 1969 daşınmaz əmlak sahibinə 32 087 842 manat məbləğində əlavə maddi yardım ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129
avatar

Oxşar yazılar