“Nar”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, tibb işçiləri və pasiyentlər üçün pulsuz rabitə
22 mart 2020 16:05 (UTC +04:00)

  “Nar”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, tibb işçiləri və pasiyentlər üçün pulsuz rabitə

“Nar” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna yarım milyon manat vəsait ianə edib.

Lent.az-ın məlumatına görə, Fondun məqsədi koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.

Qlobal pandemiya ilə mübarizəyə qoşulan “Nar”, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən, xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edib. TƏBİB ilə bərabər “Nar” ölkə ərazisində epidemiya ilə mübarizə aparan karantin xəstəxanalarına və tibb mərkəzlərinə 50 AZN dəyərində “Nar” ödəmə kartlarının paylanmasını təşkil edib.

Bundan əlavə, “Nar” ölkədə koronavirus əleyhinə aparılan fəaliyyətə dəstək olmaq üçün TƏBİB-in 1542 qaynar xətt nömrəsinə zəngləri tamamilə ödənişsiz edib. Eyni zamanda, Nar abunəçiləri bütün sorğularla bağlı evdən çıxmadan “Nar+” mobil tətbiqetməsindən və mobil operatorun rəsmi sosial media səhifələrindən dəstək ala, həmçinin gücləndirilmiş rejimdə fəaliyyət göstərən 777 Çağrı Mərkəzinin xidmətlərindən yararlana bilərlər.

“Nar” hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və ən geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyon abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

Oxşar yazılar