Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nəcəf Malikov öz istəyi ilə vəzifəsindən azad edilib.
Bu barədə Lent.az-a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O qeyd edib ki, şirkətə rəhbərlik İlqar İbrahimova həvalə olunub.
Qeyd edək ki, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin 2014-cü il aprelin 3-dəki 92 nömrəli qərarı ilə Bakı .əhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılıb.
Azərbaycan Prezidentinin 2018-ci il iyulun 6-dakı 181 nömrəli fərmanına əsasən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.