Cəbhə xətti boyunca yerləşən rayonlara səfər edən “Azərişıq” ASC sədri Vüqar Əhmədov və “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev vəziyyətlə yerindəcə tanış olublar.
“Azərişıq”in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yerlərdə icra orqanlarının rəhbərləri və həmçinin cəmiyyətin yerli şəbəkələrinin rəhbərləri ilə görüşüblər.
Vüqar Əhmədov bildirib ki, yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı “Azərişıq” əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunur. Erməni silahlı qüvvələrinin kənd və yaşayış məntəqələrini atəşə tutması nəticəsində 250 dəfədən çox müxtəlif gərginlikli xətlər, həmçinin 30-dan çox transformator məntəqəsi vurulub. Bununla belə təmas xəttinə yaxın kəndlərdə 24 saat fasiləsiz xidmət göstərən “Azrişıq” əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.
“Azərişıq” sədri onun da bildirib ki, ərazi bütövlüyü uğrunda aparılan müharibəyə indiyədək ASC-nin 300-dən çox əməkdaş könüllü olaraq ordu sıralarına qoşulub.
Vüqar Əhmədov cəbhə xəttində yaradılmış Xüsusi Qəragahada toplantı keçirib, cəbhə boyu rayonlara ehtiyat dayaqlar, naqillər, KTM və generetaorların çatdırılması ilə bağlı tapşırıqlarını verib.