Zurabişvili “Gürcü arzusu”nu devirməklə  hədələdi
24 dekabr 2024 18:41 (UTC +04:00)

Zurabişvili “Gürcü arzusu”nu devirməklə hədələdi

Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının yeni parlament seçkiləri ilə bağlı müxalifətlə razılaşmadığı təqdirdə rejimin mümkün devrilməsi ilə bağlı xəbərdarlıq edib. 

Lent.az bildirir ki, dövlət başçısının videomüraciətini yerli İnterpressnews portalı yayıb.

Zurabişvilinin sözlərinə görə, böhranın qarşısını almaq üçün qanuni yollar tükənib. O, məhkəmələrin hüquq sisteminin təkmil olmadığına görə nəticə vermədiyini bildirib. Prezident qeyd edib ki, Konstitusiya Məhkəməsi “Gürcü arzusu”nun qələbəsi ilə bağlı iddiaya baxmayıb, “antikonstitusion vəziyyət” yaradıb.

Zurabişvili yeganə çıxış yolunu dekabrın 29-dan əvvəl keçirilməli olan yeni seçkilər hesab edir. O, bunu xalqın, müxalifətin və özünün tələbi adlandırıb.

“Rejim öz-özünə yıxılır, heç kimin bu işə qarışması yoxdur. Bu, hakimiyyətdə olanların günahıdır, çünki onlar vaxtında özlərinə gəlməyiblər”, - dövlət başçısı bildirib.

Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb. Dekabrın 14-də Gürcüstanda keçmiş futbolçu Mixail Kavelaşvilinin qalib gəldiyi prezident seçkiləri keçirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849
avatar

Oxşar yazılar