Moskvaya səfərindən sonra Kiyevə gələn Qvineya-Bisau prezidenti Umaru Şisoku Embalo prezident Vladimir Zelenskiyə Rusiya lideri Vladimir Putinin Ukrayna ilə “körpülər və dialoq qurmaq” istədiyini çatdırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, buna cavab olaraq Zelenski Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini açıqlayıb.
“Cənab prezidentin (Qvineya-Bisau – red.) verdiyi Rusiya tərəfinin siqnallarına gəlincə: o dedi ki, Rusiya “körpülər və dialoq qurmaq” istəyir. Mən prezidentə (Qvineya-Bisau – red.) bizdə nə baş verdiyini dedim. Bu, çox vacibdir. Dedim ki, bu və ya digər dövlətlər arasında körpülər... zəruridir ki, infrastruktur zədələnməsin. Onda gələcəkdə nəsə haqqında danışmaq mümkün olacaq. Həm də kiminlə danışaq”, - Zelenski Qvineya-Bisau prezidenti ilə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya da Zelenskiyə çatdırıb ki, münasibətlərin kilidini açmaq lazımdır.
çıxmalıdır.
"Mən də deyirəm: onun kilidini açmalıyıq. Ən azından Qara dənizimizin kilidini açmağa başlayaq. Hansısa kilidin açılmasından başlamaq lazımdır", - Zelenski bildirib.
“Üçüncü, hamı qorxur ki, nüvə təhlükəsi var, son vaxtlar hamı bir növ “çirkli” bombadan danışır.
Deməli, bütün bu ritorika Rusiya tərəfdən gəlir. Təhlükə onlardandır. Atom elektrik stansiyasımızı işğal ediblər, su elektrik stansiyasını (Kaxovskoy - red.) sıradan çıxarmaqla hədələyirlər və s. Bizdə nə varsa, o da var...” Zelenski əlavə edib.