Yalan danışır...  - İcmadan xanım nazir barədə AÇIQLAMA
05 noyabr 2023 09:11 (UTC +04:00)

Yalan danışır... - İcmadan xanım nazir barədə AÇIQLAMA

Almaniyanın xarici işlər naziri Annalena Berbokun noyabrın 4-də Bakıda keçirdiyi mətbuat konfransında həmin gün Azərbaycana səfəri zamanı Ermənistandan qovulmuş azərbaycanlılarla görüş keçirdiyini bildirib.

Lent.az xəbər verir ki, Qərbi Azərbaycan İcması Almaniya xarici işlər nazirinin bu açıqlamasına münasibət bildirib.

"Bununla əlaqədar olaraq, İcma bəyan edir ki, Almaniya tərəfindən belə bir görüş ilə bağlı İcmaya heç bir sorğu gəlməyib və görüşün baş tutması haqqında İcmada heç bir məlumat yoxdur.

Bu görüş barədə nazirin mətbuat konfransında dediklərindən başqa heç bir məlumat yayılmayıb. Almaniyalı nazirin görüş keçirildiyi bildirilən şəxslər və aparılmış fikir mübadiləsinin məzmunu haqqında heç bir məlumatın yayılmaması ciddi suallar doğurur. Bu həm də ona görə sual doğurur ki, xanım Berbokun bir gün əvvəl Ermənistana səfəri zamanı Azərbaycandan köçmüş ermənilərlə keçirdiyi görüş barədə həm Almaniya tərəfi, həm də Ermənistan mətbuatı videogörüntülər daxil olmaqla, geniş reportajlar yaymışdı.

Bütün bunlar ondan xəbər verir ki, xanım Berbok ya yalan danışır, ya da hansısa çirkin məqsədli əməlinin üstünü örtməyə çalışır.

Ermənistandan qovulmuş azərbaycanlıların qanuni və mötəbər təmsilçisi olan Qərbi Azərbaycan İcması Almaniya tərəfindən şəffaflıq prinsiplərinə hörmət etməyi və sözügedən görüş barədə geniş məlumat yaymağı tələb edir.

Bundan əlavə, xanım Berbok Azərbaycan ərazisində olan yerlərin xəyali adlarını işlətməklə beynəlxalq hüququ pozmuşdur. Xatırladaq ki, almaniyalı nazirin işlətdiyi saxta adlar, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası çərçivəsində uydurduğu, heç bir tarixi və hüquqi əsası olmayan quramalar idi. Almaniyalı nazir toponimlər məsələsində tarixi həqiqətlərə çox önəm verirsə, onda həmin qurama adları deyil, Ermənistana səfəri zamanı ziyarət etdiyi yerlərin, o cümlədən İrəvanın, Keşişkəndin, Arazdəyənin həqiqi, tarixi adlarını istifadə etməli idi", - deyə İcmanın məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4227
avatar

Oxşar yazılar