Yerli və xarici təhsil müəssisələrində “Xocalı Həftəsi”
21 fevral 2013 17:05 (UTC +04:00)

Yerli və xarici təhsil müəssisələrində “Xocalı Həftəsi”

 

Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən yerli və xarici təhsil ocaqlarında “Xocalı Həftəsi”nin başlanmasını elan edib.

 

Faciənin 21-ci ildönümü ilə əlaqədar Mərkəz tərəfindən həm ölkəmizdə, həm də Avropa ölkələrində bir sıra tədbirlər planlaşdırılıb. Həftəlik çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Hacıqabul, Ağcabədi və Füzulidə orta məktəblərdə maarifləndirici görüşlərin keçirilməsi, filmlərin nümayiş etdirilməsi və faciəyə həsr olunmuş nəşrlərin paylanması nəzərdə tutulub. Bunlarla yanaşı ölkəmizdəki xarici diplomatların iştirakı ilə məktəblilərin faciə ilə bağlı hazırladıqları səhnəciklərin göstərilməsi də planlaşdırılıb.

 

Mərkəz faciə ilə əlaqədar nəzərdə tutduğu tədbirləri Avropa ölkələrindəki bir sıra ali məktəblərdə də davam etdirəcək. Orada təhsil alan azərbaycanlı tələbələr tərəfindən Xocalı faciəsinə həsr olunmuş təqdimatlar keçiriləcək, əcnəbi tələbələrə faciə ilə bağlı filmlər nümayiş etdiriləcək. Eyni zamanda əcnəbilərə xarici dillərdə hazırlanmış ədəbiyyatlar da paylanacaq.

 

Qeyd edək ki, bu gündən başlayaraq sosial şəbəkələrdə Gənclər üçün Təhsil Mərkəzi və Litvada yerləşən Kaunas Azərbaycanlı Cəmiyyəti tərəfindən hazırlanmış video çarxlar da yayımlanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Oxşar yazılar