XİN-dən ermənilərin keçirdiyi təlimlərə<span style="color:red;"> REAKSİYA
17 aprel 2015 14:03 (UTC +04:00)

XİN-dən ermənilərin keçirdiyi təlimlərə REAKSİYA

Xarici işlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən keçirilən hərbi təlimlərlə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Lent.az-a açıqlamasında qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir: “Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən bu təlim güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin daha bir ifadəsidir.

May ayında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimə keçirilməsi nəzərdə tutulan qanunsuz “parlament seçkiləri” də Ermənistanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir.

 

ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir.

 

İşğal və təcavüzə əsaslanan, qəbuledilməz və qeyri-davamlı olan mövcud status kvonunun dəyişdirilməsi, münaqişənin həlli və nəticə etibarilə, regionda sülh və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

# 77
avatar

Oxşar yazılar