Qarpızı satılmayan  fermerdən ETİRAZ:  "Hamısını  məhv edəcəm"
03 iyul 2025 15:48 (UTC +04:00)

Qarpızı satılmayan fermerdən ETİRAZ: "Hamısını məhv edəcəm"

Adanada qarpız qiymətlərinin enməsinə görə fermerlər məhsullarını satmaq əvəzinə tarlada parçalayaraq məhv edirlər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, fermerlər marketlərdə 15 türk lirəsinə satılan qarpızın tarlada dəyər görməməsinə görə etiraz ediblər. 

Tarlada kiloqram qiyməti 1-2 lirəyə qədər düşən qarpızlar istehsalçının əlində qalıb. Əziyyətinin qarşılığını ala bilməyən bəzi fermerlər etirazlarını bildirmək üçün yığdıqları qarpızları satmaq əvəzinə bir-bir parçalayaraq məhv ediblər.

Yüksək xərcə başa gələn qarpızın marketlərdə 14-15 lirəyə satılmasına etiraz edən istehsalçının videosunun altına “Yaxşı, etiraz elə də, neməti israf edərək yox”, “Bəs neməti israf etmək düzgündür?”, “Hollandiyada fermerlərin gələn 10 il hansı məhsulu əkəcəklərinə nazirlik qərar verir. Bizdə isə bu il hansı məhsul pul gətiribsə, gələn il bütün fermerlər onu əkir”, “Eləmə dayı, cərimə yazarlar” kimi şərhlər yazılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1342

Oxşar yazılar