Xarici İşlər Nazirliyi ölən səfirlə bağlı başsağlığı verdi
07 aprel 2015 11:29 (UTC +04:00)

Xarici İşlər Nazirliyi ölən səfirlə bağlı başsağlığı verdi

0

Xarici İşlər Nazirliyi Latviyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hardijs Baumanisin vəfatı ilə əlaqədar başsağlığı verib.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Lent.az-a verdiyi məlumata görə, XİN mərhumun ailə üzvlərinə, yaxınlarına və Latviyanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verir: “Səfir Hardijs peşəkar diplomat və yüksək əxlaqı keyfiyyətlərə və ləyaqətə malik insan idi. O, Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəmirdi”.
 
Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar