Valeh Ələsgərov deputatlara irad tutdu: ”Vacib olan sizin pıça-pıçlarınızdır
25 fevral 2014 13:34 (UTC +04:00)

Valeh Ələsgərov deputatlara irad tutdu: ”Vacib olan sizin pıça-pıçlarınızdır

Milli Məclisin bu gün keçirilən iclasında vitse- spiker ilə deputatlar arasında maraqlı olay yaşanıb. Lent.az-ın verdiyi məlumata görə, vitse- spiker Valeh Ələsgərov ani olaraq çıxışını saxlayıb və zalda bir- birləri danışan deputatlara tamaşa etməyə başlayıb.

Buna baxmayaraq zalda xeyli deputat bunun fərqinə varmayıb və söhbətlərini davam etdiriblər, iclasın gedişini unudublar. Çıxışını kəsərək deputatların zaldakı səs-küyünü izləyən V. Ələsgərov axırda dözməyib atmacaya keçib: “Yaxşı! Siz yerdə rahat piça- pıçınızı, dedi - qodunuzu edin və qurtaranda mənə deyin,  çıxışımı davam etdirərəm. Onsuz da vacib olan sizin pıça-pıçlarınızdır, iclasın gedişi yox!”. Bu atmacadan sonra deputatların səs-küyü kəsilib və V. Ələsgərov çıxışına davam edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1278

Oxşar yazılar