ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Hyustonda ABŞ-ın azərbaycanlı və erməni icmasının nümayəndələri ilə görüşəcək. APA-nın məlumatına görə, bu barədə diplomat özünün “Twitter” səhifəsində yazıb.
“Mən bu gün Amerikadakı azərbaycanlı və erməni icmasının nümayəndələri ilə görüşmək üçün Hyustona gedirəm. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dürüst müzakirələrə ehtiyacımız var”, - deyə C. Uorlik bildirib.