Ukraynada iki tanınmış azərbaycanlı ali dövlət mükafatı alıb
03 yanvar 2014 02:06 (UTC +04:00)

Ukraynada iki tanınmış azərbaycanlı ali dövlət mükafatı alıb

Ukraynanin Dnepropetrovsk Vilayət Deputatlar Şurası (parlament) 2013-cü ildə vilayətin ictimai, siyasi sosial, iqtisadi və elmi-mədəni həyatında fərqlənən insanları ali dövlət orden və medalla təltif edib. Lent.az-ın məlumatına görə, bununla bağlı keçirilən təqdimat mərasimində Dnepropetrovsk Vilayət Deputatlar Şurasının sədri Yevgeni Udod çıxış edərək, Ukraynanın en inkişaf etmiş sənaye bölgələrindən olan Dnepropetrovsk Vilayətində sosial, iqtisadi ,elmi,mədəni islahatların uğurla həyata keçirilməsində misilsiz xidmətləri olan şəxslərə minnətdarlığını bildirib.
 

Bir sıra elm və mədəniyyət xadimlərinə, dovlət və hökumət rəsmilərinə ,o cümlədən iş adamlarına və ictimai təşkilatların rəhbərlərinə Dnepropetrovsk Vilayət Deputatlar Şurasının təsis etdiyi ən yüksək orden və medallari təqdim edib.Təltif olunanlar arasında Dnepropetrovsk Vilayətinin deputatı, tanınmış azərbaycanlı iş adamı Fəxrəddin Muxtarov vilayətin sosial iqtiadi həyatındakı xidmətlərinə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev isə səmərəli ictimai fəaliyyətinə və Azərbaycanla Ukrayna arasındakı mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə ən yüksək orden və medala layiq görülüblər.
 

Mərasimdə iştirak edən Dnepropetrovsk Vilayətinin qubernatoru Dmitri Kolesnikov Fəxrəddin Muxtarovu ilin ən fəal deputatı kimi təbrik edərək, onu vilayət admnistrasiyası adından fəxri diplom və saat hədiyyəsi ilə mükafatlandırıb. F.Muxtarov və R.Tağıyev Azərbaycan və Ukrayna xalqlarının tarixi dostluq əlaqələrinin durmadan inkişaf etdirlməsinin fərəhləndirici hal olmasından danışıblar. İlin adamı nominasiyasına layiq görüldüklərinə görə Dnepropetrovsk Vilayətinin rəhbərliyinə minnətdarlıqlarını bildirən Fəxrəddin Muxtarov və Rövşən Tağıyev bildiriblər ki, iş adamları olaraq bundan sonrada vilayətin sosial-iqtisadi həyatında yaxından iştirak edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1730

Oxşar yazılar