Ukrayna iqtidar partiyasının deputatı: “ATƏT-ə sədrliyimiz dövründə Azərbaycanı dəstəkləyəcəyik ”
04 yanvar 2013 11:33 (UTC +04:00)

Ukrayna iqtidar partiyasının deputatı: “ATƏT-ə sədrliyimiz dövründə Azərbaycanı dəstəkləyəcəyik ”

“Ukrayna həmişə olduğu kimi, ATƏT-ə sədrliyi dövründə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək. Lakin Dağlıq Qarabağ münaqişəsinin çözülməsində Rusiyanın mövqeyi daha həlledicidir”. Bunu APA-ya açıqlamasında Ukrayna Ali Radasının hakim Regionlar Partiyasından olan deputatı Vadim Kolesniçenko deyib.

 

O qeyd edib ki, Ukrayna Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə vasitəçi qurum olan ATƏT-ə rəhbərlik etsə də, faktiki olaraq münaqişənin həllinə aktiv qoşulmaq imkanları yoxdur: “Biz, sadəcə, Azərbaycan və Ermənistanın bu münaqişənin dinc yolla həlli istiqamətində səylərini dəstəkləmək mövqeyi nümayiş etdirə bilərik”.

 

V. Kolesniçenkonun fikrincə, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsi barədə nə qədər çox danışılsa, həmin məsələnin həllinin vacibliyi ilə bağlı bir o qədər çox fikir formalaşacaq və siyasətçilər münaqişənin həll olunmasına daha çox səy göstərəcəklər.

 

Deputatın fikrincə, bu gün dünya birliyi bu məsələnin həllinə ona görə bir o qədər tələsmir ki, hazırda yer kürəsində həlli daha vacib sayılan, daha aktual hesab edilən xeyli qaynar nöqtə var: “Dağlıq Qarabağ münaqişəsi isə təəssüf ki, donmuş fazaya keçib və fikir var ki, perspektivdə həllini tapacaq. Düşünürəm ki, bu məsələnin həllində Rusiyanın mövqeyi daha vacibdir. Bunun üçün kifayət qədər arqument irəli sürmək olar. Ən azı regiona ən yaxın və münaqişənin yaranma tarixində rolu olan, vasitəçi ölkələrdən olan böyük dövlətdir. Reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Rusiyanın mövqeyi daha həlledicidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412
avatar

Oxşar yazılar