Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycanla imzalanmış üç sənədi təsdiq edib.
APA-nın TBMM-in saytına istinadən verdiyi məlumata görə, parlamentin yanvarın 3-də keçirilən plenar iclasında «Türkiyə ilə Azərbaycan arasında investisiyaların qarşılıqlı qorunması və təşviqinə dair Saziş», «Türkiyə ilə Azərbaycan arasında ortaqlıq və əməkdaşlıq Sazişi» və «Türkiyə ilə Azərbaycan arasında dövlət personalının idarə olunması işinin inkişafı və dəstəklənməsinə dair Protokol» ratifikasiya edilib.