Bu ilin dekabrında Türkiyə-Azərbaycan yüksək səviyyəli hərbi şurasının iclasının keçirilməsi planlaşdırılır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun deyib. O bildirib ki, iclas Azərbaycanda keçiriləcək. İclasda iki ölkənin hərbi sahədəki əlaqələri müzakirə olunacaq.
Qeyd edək ki, Türkiyə-Azərbaycan yüksək səviyyəli hərbi şurasının iclası hər il keçirilir.
Azərbaycan və Türkiyə arasında ortaq ordu yaradılması ilə bağlı məsələyə toxunan səfir deyib ki, iki ölkə arasında bir çox sahələrdə ortaqlıq var. “Azərbaycanın və Türkiyənin öz orduları var. Onların arasında çox yaxşı anlaşma, əlaqə var. Buna görə də bu cür fikir artıq ortada yoxdur”.