Uğurlu gələcəyə doğru
14 mart 2018 16:39 (UTC +04:00)

Uğurlu gələcəyə doğru

Xalqın, millətin taleyində, formalaşmasında, onun yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu danılmazdır. Bir tərəfdən siyasi sistemdə baş verən dəyişikliklər, digər tərəfdən cəmiyyət həyatında baş verən siyasi proseslər siyasi hakimiyyətin formalaşmasında və fəaliyyətində siyasi liderin şəxsiyyətinin rolunu vacib edir. Siyasi liderliyin böyüklüyü də zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək, milli maraqları bu zəminə keçirmək bacarığı ilə ölçülür. Bu amil Azərbaycan dövlətçilik tarixində Ümummilli lider Heydər Əliyev təcrübəsində, müasir dövrdə isə Prezident İlham Əliyev şəxsiyyətində təsdiqini tapmışdır.

İlham Əliyevin 2003-2018-ci illər strateji inkişaf xəttini uğurla reallaşdırması nəticəsində Azərbaycan demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, Avroatlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, ümumi daxili məhsulun artım dinamikasına görə dünyanın lider dövlətləri sırasında yer tutan aparıcı dövlətə çevrilmişdir. İlham Əliyevin 2003-cü ildə söylədiyi “ Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəm” fikirləri onun fəaliyyəti ilə real vəhdət kəsb etməyə başladı.

Neft tükənən, bərpa olunmayan təbii sərvətdir.Prezident İlham Əliyev bu əvəzsiz təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin,ilk növbədə,insan faktorunun inkişafına yönəldilməsini,elmi-texniki tərəqqinin son nailliyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır.Dövlət başçısı haqlı olaraq bildirir ki,neft Azərbaycan üçün məqsəd deyil,davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitədir. Məhz buna görə də Prezident Ulu Öndər irsindən miras qalmış strategiyanı -  iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymamış, tarazlı və davamlı tərqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsini daim önə çəkir. Həmin strategiyanın uğurlu bəhrəsidir ki, bu gün Azərbaycan dünyanın böyük dövlətləri ilə rəqabətə girə biləcək gücdədir və bu inkişaf Azərbaycanın müasir modelini formalaşdırmışdır. Hansı model ki, Azərbaycanın daha parlaq gələcəyini qarant altına alır. Təsadüfi deyil ki, Prezidentlik fəaliyyətinin ilk dövrlərindən Prezident İlham Əliyev Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı əməli fəaliyyət sərgiləmişdir.

Prezident İlham Əliyevin Azərbaycan siyasətində qazandığı uğurlar, müasir bir siyasətçi kimi özünü təsdiq etməsi, siyasi proseslərin inkişafında təsiredici gücə malik olması, milli maraqların gerçəkləşdirilməsinə istiqamətlənmiş prinsipial davranışları onun xalq tərəfindən dəstəklənməsinə səbəb olmuşdur. Nəticədə Prezident alternativsizliyini qoruyub saxlamaqla xalqın ümid etdiyi, daha uğurlu gələcəyi təminat altına alacaq şəxs imicini doğrultmuşdur.

Nailə Məmmədova

“Azerbaijan Realities”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar