Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla ilə deputat Zahid Oruc arasında mübahisə düşüb. Lent.az-ın məlumatına görə, deputat Zahid Oruc dövlət qulluğu ilə bağlı keçirilən imtahan və onların nəticəsindən, bununla bağlı ona edilən müraciətlərdən danışıb.
O, çıxışını bitirdikdən sonra spiker Oqtay Əsədov deputata irad tutub: “Səndə bir xasiyyət var çox uzun danışırsan. Bir az qısa elə...”.
Bu zaman deputat sədrin iradına reaksiya verib. Buna cavab olaraq O. Əsədov deputata yenidən irad tutub: “Yerindən danışma! Sən dedin mən eşitdim, indi də sözümü kəsmə”.
Deputat yenidən yerindən mikrofonsuz nəsə demək istədikdə, spiker əsəbiləşərək ona xəbərdarlıq edib: “Sən yaman söz güləşdirirsən. Bir az diqqətli ol. Baxıram yaman ideyaların var. Danışanda bir az diqqətli ol, söz güləşdirmə, sakit otur!”.
Mübariz Aslanov