Ermənilərin 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” adı ilə dünya ictimaiyyətinə təqdim etməsi və 24 apreldə hadisələrin yüz illiyi olduğu üçün daha genişmiqyaslı təşviqata başlaması ilə bağlı Azərbaycan Avropa Hərəkatı bəyanat yayıb.
Lent.az-ın məlumatına görə, hərəkat bununla bağlı aksiya keçirəcək. Qurumdan bildirilib ki, aprelin 21-də saat 15:00-da Bakının fəvvarələr meydanında baş tutacaq dinc aksiya “soyqırım iddiası düşmənçilik yaradır!” şüarı ilə keçiriləcək.