Şimali Kipr Türk Cümhuriyyətinin TÜRKPA-ya üzvlüyü fikri ayrılığı nəticəsində qəbul olunmayıb. Lent.az-ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək TÜrkmənistan və Özbəkistanı təcili Türkdilli Ölkələrin Parlament Assambleyasına
üzv olmağa çağırıb. C. Çiçək bunu TÜRKPA-nın Bakıda keçirilən 5-ci plenar iclasında bildirib.
O qeyd edib ki, TÜRKPA türkdilli ölkələrin beynəlxalq arenada sözünü deyən yeganə ortaq təşkilatıdır: “Digər türkdilli qardaş ölkələri də aramızda görmək bizim arzumuzdur və bu, bizi məqsədlərimizə daha tez çatdırar”.
C. Çiçək eyni zamanda TÜRKPA-da Şimali Kipr Türk Cümhuriyyətinin üzvlüyə qəbul olunması ilə bağlı yaranan fikir ayrılığından təəssüfləndiyini bildirib: “Şimali Kipr Türk Cümhuriyyətini də qardaş ölkə olaraq aramızda görmək arzusundayıq. Amma TÜRKPA-da bununla bağlı fikri ayrılığının olması, buna qarşı çıxılması bizi üzgün edir”.
Qeyd edək ki, TÜRKPA –da Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan təmsil olunur.