“Sonuncu əfv sərəncamında Kristofer Ştrasserin siyahısında yer alan 13 “siyasi məhbus”un da yer alması barədə mətbuatda yazılanlar məni təəccübləndirdi”.
Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov söyləyib. Səməd Seyidov bildirib ki, Azərbaycan Kristofer Ştrasser ilə əməkdaşlıq etmir: “Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan üzrə Debona Qrex və Pedro Adramonu məruzəçi təyin edib, məruzə hazırlanıb. Biz bu məruzə əsasında konstruktiv əməkdaşlıq edirik. Bu məruzədə də məhbusların adı vardı. Ancaq nədənsə mətbuat bu məsələyə yox, Kristofer Ştrasserin məruzəsinə diqqət yönəldib. Ola bilər ki, eyni şəxslərin adı Kristofer Ştrasserin də siyahısında yer alsın. Ancaq Azərbaycan Kristofer Ştrasserlə əməkdaşlıq etmir”.