Şahin Mustafayev Serbiyanın baş naziri ilə görüşüb
14 aprel 2015 22:22 (UTC +04:00)

Şahin Mustafayev Serbiyanın baş naziri ilə görüşüb

Aprelin 14-də iqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Serbiyanın baş naziri Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, görüşdə nazir Şahin Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətini vurğulayıb. Bildirilib ki, 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, Hökumətlərarası Komissiyanın fəaliyyəti, iş adamlarının iştirakı ilə keçirilən biznes forum və dəyirmi masalar əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır. İndiyədək ölkələrimiz arasında 25-dən çox sənəd imzalanıb, ticarət əlaqələri dinamik inkişaf edir, Azərbaycan şirkətləri Serbiyada uğurla fəaliyyət göstərir, investisiya qoyuluşu həyata keçirilir.

 

Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi üçün sənaye, xüsusilə Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, infrastruktur, turizm və s. sahələrdə geniş imkanlar var.

 

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev  hazırda Azərbaycan şirkətlərinin müxtəlif xarici ölkələrdə uğurla fəaliyyət göstərdiyini bildirib. Sənaye, İKT, kənd təsərrüfatı, turizm Azərbaycan iqtisadiyyatının prioritet sahələri olduğu qeyd olunub.  

 

Serbiyanın baş naziri Aleksandr Vuçiç ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Serbiya iqtisadiyyatı barədə məlumat verən A.Vuçiç ölkəsində yol tikintisi sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətinin uğurlu fəaliyyətini qeyd edib, Azərbaycan iş adamlarını iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən tikinti, kənd təsərrüfatı və s. sahələr üzrə layihələrdə fəal iştiraka dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar